Pleyeri seçin:

Rusiya-Ukrayna müharibəsində son vəziyyət

27 noyabr 2025 409 baxış

Rusiya və Ukrayna arasında sutka ərzində 213 döyüş qeydə alınıb.

Ukrayna Silahlı Qüvvələri Pokrovsk istiqamətində Rusiyanın 57, Limanda isə 44 hücumunun qarşısını alıb.

Rusiya Ordusu 142 pilotsuz uçuş aparatı ilə Ukrayna ərazisinə hücum edib. Ukraynanın hava hücumundan müdafiə sistemləri 92 dronu zərərsizləşdirib.

Odessa da hücuma məruz qalıb. Mülki infrastruktur hədəf alınıb, partlayış və yanğınlar baş verib.

Ukrayna Ordusu isə Rusiyanın Samaradakı neft emalı zavodlarından birini atəşə tutub. Partlayışların baş verdiyi bildirilsə də, dağıntı və insan itkisi barədə məlumat yoxdur.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sutka ərzində Ukraynaya məxsus 118 PUA məhv edilib. Dronların 52-si Belqorod, 26-sı Kursk, 18-i isə Samara səmasında vurulub. Digər PUA-lar Krasnodar, Bryansk, Voronej, Lipetsk, Orenburq, Volqoqrad, Tula, Rostov və Qara dəniz üzərində zərərsizləşdirilib.

Sonda qeyd edək ki, ABŞ-nin sülh planı üzrə danışıqlar davam edir. “The Times”da yayılan məlumata görə, barışıq cəhdləri dalana dirənib, çünki Kreml sülh sazişinin Rusiyaya sərf edəcək şərtlər əsasında imzalanmasını istəyir. Söhbət Ukraynanın qəbul etmədiyi kapitulyasiya, ərazi güzəştləri və Kiyevin NATO-ya üzv olmasından gedir. 

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 409 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 409 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 409 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 409 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 409 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 409 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 409 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 409 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 409 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 409 baxış
Seçilmişlər
icon