Pleyeri seçin:
Rusiya Ukraynaya İran PUA-ları ilə hücum edir
Rusiya Ordusu iyunun 19-na keçən gecə İran istehsalı olan “Şahed” pilotsuz uçuş aparatları ilə Ukraynanın cənub və şərq ərazilərinə hücum edib.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Bildirilib ki, ölkənin şərq və cənub bölgələrində hava xəbərdarlığı elan olunub. Ukrayna Hərbi Hava Qüvvələri Zaporojye, Dnepropetrovsk və Donetsk vilayətlərində raket təhlükəsi barədə xəbərdarlıq edib.
Rusiyanın ballistik raket hücumu təhlükəsi Xarkov, Donetsk və Luqansk vilayətlərində də açıqlanıb. “Son sutka ərzində qarşı tərəfin yaşayış mənqələrinə hücumu nəticəsində əksəriyyəti uşaq olmaqla ölən və yaralananlar var. 20-dən çox binaya ciddi ziyan dəyib”, – deyə məlumatda qeyd olunub.
Kopyalandı
#Rusiya Ordusu teqi istifadə olunub
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
- Rusiya ordusunun Ukraynaya növbəti zərbələri itkilər və dağıntılarla nəticələnib - Baku TV CANLI
