Rusiya ümumi səfərbərliyə hazırlaşır? - Sensasiya yaradacaq döyüş xəbəri
“Axmat” hərbi birləşməsinin komandiri Apti Alaudinov Rusiyada ümumi səfərbərlik elan edilməsini təklif edib. O, Avropa ilə döyüşmək üçün iki milyonluq ordu toplamaq istəyir.
“Arbat media” xəbər verir ki, Dövlət Duması bu ideyanı dəstəkləməyib.
A.Alaudinov bu barədə sosial şəbəkədə videomüraciət yayıb. O hesab edir ki, Rusiya ümumi səfərbərliyə hazırlaşmalı və iki milyona yaxın ordu toplamalıdır.
Onun fikrincə, bu, Avropanı elə vəziyyətə salacaq ki, ondan çıxa bilməyəcək və bir çox Avropa ölkələri Rusiya ilə toqquşmadan sonra yox olacaq. A.Alaudinov bu barədə Fransa Prezidenti Emmanuel Makronun sözlərinə cavab olaraq bildirib.
E.Makron bu yaxınlarda hərbi büdcənin artırılması planlarını açıqlayıb və Avropa İttifaqını qorumaq üçün Fransanın nüvə silahından istifadəsini müzakirə etməyi təklif edib, Rusiyanı Fransa və Avropa üçün təhlükə adlandırıb.
Dövlət Duması A.Alaudinovun sözlərinə təmkinlə reaksiya verib. Parlamentin Müdafiə komitəsinin sədri Andrey Kartapolov bildirib ki, hazırda kütləvi səfərbərliyə ehtiyac yoxdur. O, A.Alaudinovun təklifini şəxsi fikri adlandırıb və hələlik belə bir addıma ehtiyac görmədiyini vurğulayıb.
#Rusiya teqi istifadə olunub
- Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM
- Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib
- Putin Avropanın müharibə xəbərdarlıqlarına nə cavab verdi? - Baku TV CANLI
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
