Rusiya və Çin Yapon dənizində təlimlər keçirdi
Yapon dənizində Rusiya-Çin hərbi dəniz qüvvələrinin “Şimal qarşılıqlı fəaliyyət-2023” birgə təlimləri başlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Nazirlik qeyd edib ki, təlimlərin əsas məqsədi iki ölkə arasında dəniz əməkdaşlığının gücləndirilməsi, Asiya-Sakit okean regionunda sabitliyin və sülhün qorunmasıdır.
Birgə praktiki tədbirlər zamanı sualtı qayıqlara qarşı tapşırıqlar və dəniz döyüşləri, gəmilərin dəniz və havadan müşayiəti, Yapon dənizinin sularında və hava məkanında rabitənin təhlükəsizliyinin təmin edilməsi üzrə işlər aparılacaq. Hər iki tərəfdən təlimlərə 30-dan çox dəniz aviasiya təyyarəsi, o cümlədən sualtı qayıq əleyhinə helikopterlər və qırıcılar da cəlb olunub.
İyulun 23-dək davam edəcək təlimlərdə birgə artilleriya atəşinin həyata keçirilməsi də planlaşdırılır.
#Rusiya teqi istifadə olunub
- Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR
- “Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM
- İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI
- Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM
- Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV
