Rusiya və Ukrayna atəşə tutuldu | Zelenskidən sərt müraciət
Yanvarın 1-də Kiyevdə Matəm Günü elan olunub.
Buna səbəb Rusiya Ordusunun dekabrın 29-da Kiyev də daxil olmaqla, Ukraynanın Lvyoy, Xarkov, Dnepr, Odessa, Zaparojye şəhərlərinə raket zərbələri endirməsi nəticəsində xeyli sayda ölən və yaralının olmasıdr. Təkcə dekabrın 31-dən yanvarın 1-ə keçən gecə Kiyevdə dağıntılar altından daha 8 nəfərin meyiti çıxarılıb. Bununla da paytaxtda ölənlərin sayı 27-yə çatıb.
Ukrayna mətbuatının məlumatına görə, raket hücumları nəticəsində ölkə üzrə 39 nəfər ölüb, 159 yaralı var. Baş verən hadisə ilə əlaqədar Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hər zərbəyə görə mütləq cavab veriləcək.
Qeyd edək ki, dekabrın 30-u Ukrayna silahlı qüvvələri tərəfindən Rusiyanın Belqorod vilayəti raket hücumuna məruz qalıb. Nəticədə 24 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qlatkov bildirib ki, raketlər yaşayış ərazisinə düşüb, 30 mülki obyektə ziyan dəyib.