Rusiya Xarkovu vurdu, türkiyəli jurnalistlər yaralandı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynadakı müharibəni işıqlandıran Türkiyənin “Anadolu” agentliyinin çəkiliş qrupunun Xarkovda qaldığı hotel raket hücumuna məruz qalıb.
Agentliyin müxbiri David Kaçkaçişvili və fotojurnalist Özge Elif Kızıl binanı tərk etməyə müvəffəq olsalar da, yüngül yaralanıblar. Hər iki media işçisinin səhhətinin qənaətbəxş olduğu bildirilib.
Agentlikdən verilən xəbərə görə, hadisə yanvarın 10-da baş verib. Qeyd edilib ki, partlayışlar nəticəsində binanın mərtəbələri dağılıb.
Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov isə bildirib ki, jurnalistlərin olduğu hotel "S-300" raketləri ilə vurulub. Nəticədə 11 nəfər yaralanıb. Bundan başqa, 30-dan çox mülki vətəndaşın olduğu kompleksə ciddi ziyan dəyib, bir neçə avtomobil yanıb.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Konkret plan hazırlanıb?
- Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI
- Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV
- Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI
- Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI
