Pleyeri seçin:

Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktorundan açıqlama

16 dekabr 2025 477 baxış

Rusiyanın Cənubi Qafqazda əsas marağı regionda sülhün və inkişafın təmin olunmasıdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin "RİA Novosti"yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Moskva regionda sabitliyin və rifahın qorunmasında maraqlıdır ki, bu da Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa, bölgənin potensialının üzə çıxarılmasına və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə imkan yaradır:

"Maraqlarımız sarsılmazdır. Əsas məqsədimiz bölgədə sabitlik və rifah zonasının qorunmasıdır. Rusiyanın Cənubi Qafqazda fundamental marağı sülh və inkişafdır, regionun xaosa sürüklənməsinin qarşısının alınmasıdır".

Diplomat qeyd edib ki, Rusiya Cənubi Qafqazın təkcə qonşusu deyil, eyni zamanda Qafqaz dövləti hesab olunur:

"Rusiya Qafqaz silsiləsinin cənubunda yaşayan xalqlarla əsrlərə dayanan dostluq, ortaq tarix, sivilizasiya yaxınlığı, eləcə də milyonlarla ailə və qohumluq bağları ilə birləşir. Uzun müddət vahid dövlətin tərkibində yaşamışıq. Bir vaxtlar Rusiya ilə yaxınlaşma region xalqlarına öz kimliklərini qorumağa imkan verirdi. Cənubi Qafqaz respublikalarının dövlət əsasları sovet dövründə formalaşıb".

M.Kaluqin bildirib ki, Rusiya ilə Qafqaz ölkələri arasında mövcud olan unikal münasibətlər zaman və xarici təzyiqlərdən zərər görmür. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına toxunan rusiyalı diplomat qeyd edib ki, hazırda Bakı və İrəvan əsasən vasitəçilərsiz, birbaşa dialoq aparır:

"İki ölkənin xarici işlər nazirləri Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətnini paraflayıblar. Rusiya tərəfinin və şəxsən Prezident Vladimir Putinin bu prosesə verdiyi töhfəni nəzərə alaraq, yekun sənədin imzalanması üçün tərəfdaşları öz platformamızda qəbul etməkdən məmnun olarıq".

Banner
Hörmüz boğazında gərginlik pik həddə çatıb

Hörmüz boğazında gərginlik pik həddə çatıb

Dünya
08 oktyabr 2026 477 baxış
Ebolaya yoluxan xəstə ilə təmasda olan 57 nəfər müəyyənləşdirilib

Ebolaya yoluxan xəstə ilə təmasda olan 57 nəfər müəyyənləşdirilib

Dünya
08 oktyabr 2026 477 baxış
ABŞ və İran arasındakı danışıqlarda hansı irəliləyiş var? - Baku TV CANLI

ABŞ və İran arasındakı danışıqlarda hansı irəliləyiş var? - Baku TV CANLI

Dünya
08 oktyabr 2026 477 baxış
“Ölü” qalaktikalarda ulduzların yaranması niyə dayanıb?

“Ölü” qalaktikalarda ulduzların yaranması niyə dayanıb?

Dünya
08 oktyabr 2026 477 baxış
Dünyanın yeddi möcüzəsindən birinin təsviri olan möhür tapılıb

Dünyanın yeddi möcüzəsindən birinin təsviri olan möhür tapılıb

Dünya
08 oktyabr 2026 477 baxış
Tərəvəz çipslərini seçərkən nələrə diqqət etmək lazımdır?

Tərəvəz çipslərini seçərkən nələrə diqqət etmək lazımdır?

Dünya
08 oktyabr 2026 477 baxış
Yuxarı sinif şagirdləri dərslərdə iştirak edə bilməyəcək

Yuxarı sinif şagirdləri dərslərdə iştirak edə bilməyəcək

Dünya
08 oktyabr 2026 477 baxış
İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?

İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?

Dünya
08 oktyabr 2026 477 baxış
Rusiyada taun şübhəsi: Trampın cavabında diqqətçəkən məqam - Baku TV CANLI

Rusiyada taun şübhəsi: Trampın cavabında diqqətçəkən məqam - Baku TV CANLI

Dünya
08 oktyabr 2026 477 baxış
Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV

Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV

Dünya
08 oktyabr 2026 477 baxış
Seçilmişlər
icon