Rusiyada faciəvi basqın | Polislərlə bir qrup şəxs arasında atışma baş verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Qaraçay-Çərkəz Respublikasında yol-patrul xidmətinin bölməsinə silahlı basqın edilib.
Hadisə nəticəsində ikisi polis, beşi yaraqlı olmaqla yeddi nəfər ölüb, dörd asayiş keşikçisi yaralanıb.
Bu barədə respublikanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, aprelin 29-da gecə saatlarında müvəqqəti polis postu istiqamətində partlayıcı atılıb, daha sonra avtomatik silahdan atəş açılıb. Hadisə yerində bir neçə əldəqayırma partlayıcı qurğu da aşkar edilib.
Qaraçay-Çərkəz Respublikası üzrə İstintaq Komitəsinin məlumatına görə, məhv edilən yaraqlılar aprelin 22-də polis əməkdaşlarına hücumun ehtimal olunan iştirakçıları kimi müəyyən edilib. Xəsarət alan əməkdaşlar tibb müəssisələrinə yerləşdirilib.
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
