Pleyeri seçin:
Rusiyada faciəvi qəza | Sərnişin dolu tramvaylar bir-birinə girdi
Rusiyanın Kemerovo şəhərində Tom çayı üzərindəki Kuznetski körpüsünün başlanğıcında iki tramvay toqquşub.
Nəticədə 1 sərnişin ölüb, 7-si uşaq olmaqla azı 100 nəfər yaralanıb.
Bu barədə şəhərin rəhbəri Dmitri Anisimov məlumat verib. Onun sözlərinə görə, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.
Yerli mediada yayılan məlumatda qeyd olunub ki, əyləc sistemi sıradan çıxan nəqliyyat vasitəsinin qapıları anidən açılıb və bir neçə sərnişin magistral yola yuvarlanıb. Relsdən çıxan tramvay isə əks istiqamətdə hərəkət edən digər tramvaya çırpılıb.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM
- Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib
- Putin Avropanın müharibə xəbərdarlıqlarına nə cavab verdi? - Baku TV CANLI
