Rusiyada miqrantlar üçün yeni qaydalar | Əməl etməyənləri nə gözləyir?
Rusiyada daxili işlər orqanlarına fevralın 5-dən etibarən ölkə ərazisində qeyri-leqal yaşayan miqrantları məhkəmə qərarı olmadan deportasiya etmək imkanı verən qanun qüvvəyə minib.
2024-cü ilin avqustunda "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" federal qanuna müvafiq dəyişikliklər edilib. Qanuna əsasən, miqrasiya qanunvericiliyinin pozulması səbəbindən əcnəbilərə cərimələrin tətbiqinə də başlanılacaq.
Qeyd edək ki, bu qaydalara əməl etməyənlər Rusiyada mənzil və ya avtomobil almaq, kredit üçün banklara müraciət etmək, nikaha daxil olmaq, habelə ölkə ərazisində sərbəst hərəkət hüququndan məhrum olunacaq.
Rusiya Daxili İşlər Nazirliyinin fevralın 4-də yayımladığı məlumata əsasən, hazırda Federasiyada 670 min qeyri-qanuni miqrant yaşayır ki, onlardan əksəriyyəti qadın və uşaqlardır. Nazirliyin 2021-ci ilə olan məlumatına görə isə həmin vaxt bu ölkədə 120 min azərbaycanlı qeyri-qanuni miqrant yaşayırdı.
Məlumat üçün onu da bildirək ki, Rusiyanın Sverdlovsk vilayətinin məhkəmə icraçıları 2024-cü ildə 4200-dən çox qanunsuz miqrantı ölkəsinə geri göndərib ki, bu da 2023-cü illə müqayisədə 1872 nəfər çoxdur. Ölkədən çıxarılanların arasında 117 Azərbaycan vətəndaşı da yer alıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin 2024-cü il dekabrın 30-u imzaladığı fərmana əsasən, ölkədə yaşayan qeyri-qanuni miqrantlar 2025-ci il aprelin 30-na qədər ölkədən çıxarılmalıdır.
#Rusiya teqi istifadə olunub
- Polşa-Rusiya xəttində kritik saatlar | Hərbi təyyarələr havaya qaldırıldı - Baku TV
- Azərbaycanla sülh fonunda Ermənistan-Rusiya münasibətlərində nə dəyişəcək? - Baku TV CANLI
- Köhnə qitədə yeni savaş anonsu | Moskvanın növbəti hədəfi Avropadır? - BAKU TV CANLI
- Rusiya Ermənistanın xarici siyasətində nəyi dəyişmək istəyir? - Baku TV CANLI
- Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR
