Dünya
Pleyeri seçin:
Rusiyada miqrantlarla bağlı yeni qadağa müzakirə edilir
Rusiyada miqrantlara ictimai yerlərdə ana dilində danışmaq və pıçıldamaq qadağan oluna bilər.
Bu barədə ölkənin Millətlərlə İş üzrə Federal Agentliyinin hazırladığı Mərkəzi Asiyadan olan əmək miqrantları üçün yeni uyğunlaşma layihəsində qeyd olunub.
Bildirilib ki, sözügedən şəxslərə ictimai yerlərdə ana dilində danışmamaq və pıçıldamamaq tövsiyə olunacaq.
Vurğulanıb ki, onlar tərəfindən “brat” və ya “sestra” müraciətləri qohum və ya yaxın tanış olmayan insanlarla ünsiyyət üçün uyğun deyil.
Layihənin müəllifləri qeyd ediblər ki, yeni qaydalara əsasən, yad adamlara toxunmaq, həmçinin bəyəndiyi qadının və ya kişinin diqqətini cəlb etməyə çalışaraq səslər çıxarmağa, fit çalmağa da icazə verilməyəcək.
Kopyalandı
Seçilmişlər