Rusiyada Priqojinin olduğu təyyarə vuruldu: ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Tver vilayətində təyyarə vurulub. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
"Bu axşam Tver vilayətində "Embraer" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var", - deyə məlumatda vurğulanıb.
Bundan başqa, onların arasında Yevgeni Priqojinin müavini Dmitri Utkinin də olduğu bildirilir.
TASS xəbər agentliyi Y.Priqojinin öldüyü barədə məlumat yayıb. Rusiya Fövqəladə Hallar Nazirliyi də təyyarədə olan 10 nəfərin öldüyünü açıqlayıb.
Qeyd olunub ki, Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçan təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb.
#Rusiya teqi istifadə olunub
- Ankara hərəkətə keçdi
- Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı
- Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI
- Türkiyə Rusiya və Ukrayna taxılının ixracını bərpa etməyə çalışır - Baku TV
