Pleyeri seçin:
Rusiyada saxtakarlara qarşı cəza tətbiq olunacaq
Rusiya Prezidenti Vladimir Putin ölkənin təhlükəsizliyinə təhdid yaradan cinayətlərə görə əmlakın müsadirə edilməsini nəzərdə tutan qanunu imzalayıb.
Yeni qanun saxtakarlığa yol verənlər və dezinformasiya tipli xəbərlərin yayılmasında maraqlı olanlara qarşı ən sərt tədbirləri nəzərdə tutur.
Sözügedən əməllərə görə vətəndaşların əmlakı Rusiya Federasiyası qanunlarına müvafiq olaraq müsadirə ediləcək. Qanunun 10 gün sonra qüvvəyə minəcəyi gözlənilir.
Sözügedən qanunla əlaqəli olaraq hətta Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir sıra maddələrinə də dəyişikliklər edilir.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- “Bunlar böyük təhdiddir” | NATO-nun “Qələbə Nəzəriyyəsi” necə işləyəcək? - Baku TV
- Xəzərdə güc balansı: Çinin iqtisadi, Rusiyanın hərbi, Qərbin enerji maraqları? - AKTUAL GÜNDƏM
- Rusiyada taun həyəcanı: Bioloji silah iddiasına Trampdan cavab - Baku TV
- Rusiyada taun şübhəsi: Trampın cavabında diqqətçəkən məqam - Baku TV CANLI
- Ermənistanla Rusiya arasında 102-ci hərbi baza ətrafında mübahisə yenidən gündəmdə - Baku TV CANLI
