Rusiyadan iddia: Ukraynaya taxıl adı ilə silah aparılır
Yeniliklərdən dərhal xəbərdar olun
“Türk gəmisi Ukraynaya partlayıcı daşımış ola bilər”. Bu barədə məlumat rus kəşfiyyatına istinadən yayılıb.
Rusiyanın keçən həftə ləğv etdiyi taxıl dəhlizi razılaşmasından sonra Rusiya kəşfiyyatından iki dövlət arasında əlavə gərginliyə səbəb olacaq bir iddia gəlib.
Xarici xəbər agentliklərinun yadığı xəbərdə deyilir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti belə bir açıqlama yayıb: “Türkiyədən Rusiyanın Rostov şəhərinə taxıl daşımaq üçün gələn nəqliyyat vasitəsində partlayıcı maddələrin izləri aşkar edilib”.
Rusiya xəbər agentliyi TASS-ın yaydığı xəbərdə bildirilir ki, sözügedən gəminin may ayında Ukraynanın Kiliya limanında lövbər saldığı və bu gəminin Ukraynaya partlayıcı daşımış ola biləcəyi ehtimalı var.
Son zamanlar Türkiyə- Rusiya münasibətlərində ciddi ziddiyətlərin ortaya çıxması diqqətlə izlənilən proseslərdəndi. Bu zamana qədər hər iki dövlət bir-biri ilə maksimum uzlaşan münasibətlər sistemi qurmağa çalışırdılarsa, artıq vəziyyət sanki dəyişməyə başlayıb. Amma bəzi ekspertlər isə yaranmış vəziyyətin görüntü xarakteri daşıdığını və hər iki dövlət liderinin strateji razılaşmalara sadiq qalacağını bildirirlər.
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
