Pleyeri seçin:

Rusiyalı generalın qətlə yetirilməsi sifariş edilib? | Vitali Arkov elə şeylər dedi ki…

20 dekabr 2024 453 baxış

“Xəyanətkarlıqla öldürülən rusiyalı general-leytenant İqor Kirillov təsadüfi qurban olmayıb”.

Bu sözləri “Axar”a açıqlamasında rusiyalı ekspert Vitali Arkov deyib.

“İ.Kirillovun öldürülməsi üçün sifariş Kiyev rejiminə Qərbdəki “dostlarından” gəlib. Çünki general Pentaqona tabe olan Qabaqcıl Tədqiqatlar Agentliyinin biolaboratoriyalarında beynəlxalq ictimaiyyət tərəfindən qadağan edilmiş sınaqların aparılması üçün kimyəvi və bioloji silahların hazırlanmasında Ukrayna ərazisinin, eləcə də əhalisinin fəal istifadəsini inkaredilməz sübutlarla ifşa edib.

Belə ki, ABŞ Prezidentinin oğlu Hanter Bayden tərəfindən maliyyələşdirilən “Metabiota” şirkətinin də bu işdə iştirakı sənədləşdirilib. General İ.Kirillovun ölümü cavabsız qalmayacaq. Münaqişə tərəflərinin ali siyasi və hərbi rəhbərliyinin toxunulmazlığı ilə bağlı razılaşma artıq qətiyyən qüvvədə deyil”, – o bildirib.

Generalın qatilinin asanlıqla partlayıcı qurğu əldə etməsindən danışan V.Arkov qeyd edib ki, SSRİ-nin dağılması zamanı hərbi anbarlardan xeyli silah və partlayıcı oğurlanıb:

“Onlar düzgün saxlansa, uzun müddət, belə deyək, aktual qalacaq. Bundan əlavə, bir çox qadağan olunmuş əşyaları ala biləcəyiniz qlobal “Darknet” fəaliyyətini davam etdirir. Müxtəlif dövlətlərin kəşfiyyat xidmətləri NATO ölkələrinin Ukraynaya tədarük etdiyi silahların təkrar ixracı üçün “Darknet”dən istifadəni qeydə alıb.

Heç kimə sirr deyil ki, Ukrayna kəşfiyyatına ABŞ və bir sıra Avropa ölkələrinin kəşfiyyat xidmətləri kömək edir, onların köməyi ilə qatil hədəfi – generalı izləyə bilib. Qarşılıqlı əlaqə mümkün qədər yaxındır – Qərb kəşfiyyat xidmətlərinin əməkdaşları fiziki olaraq Kiyevdə yerləşir, nəinki ukraynalı həmkarlarına məsləhət verir, əslində, gizli əməliyyat nəzarətini həyata keçirirlər. Onların ixtiyarında ABŞ peykində olan məlumatlar var.

Qeyd etmək yerinə düşərdi: Moskvada terror aktını törədənlərə hətta birbaşa bir insanı güllələmək və öz həyatlarını riskə atmaq da lazım olmur. Əgər onlar vəd etdikləri məbləğin ödəniləcəyinə və Avropaya aparılacağına, orada saxta pasport və vətəndaşlıq veriləcəyinə inanırlarsa, bu cür personajların həm də axmaqlığı diqqəti cəlb edir. Tapşırığı yerinə yetirdikdən sonra ona ehtiyac qalmır.

İndiki şəraitdə isə mümkün həbs və ifadə vermə təhlükəsi qarşısında onun barəsində hökm verilməsinin belə mənası yoxdur. Əksinə, o, Rusiya xüsusi xidmət orqanlarına nə qədər çox məlumat versə, terror aktını təşkil edənlərin reklamı bir o qədər çox olacaq”.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 453 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 453 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 453 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 453 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 453 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 453 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 453 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 453 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 453 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 453 baxış
Seçilmişlər
icon