Pleyeri seçin:

Rusiyanı Özbəkistan vətəndaşlarına hörmətlə yanaşmağa çağırırıq | Özbəkistan XİN rəsmisi

11 iyun 2025 528 baxış

Özbəkistan Xarici İşlər Nazirliyi Rusiya ərazisində ölkə vətəndaşlarına qarşı əsassız yoxlamalar, hörmətsiz və kobud rəftar halları ilə bağlı narahatlığını ifadə edib.

Bu barədə Nazirliyin mətbuat katibi Ahror Burxanov “X”dəki hesabında bildirib.

Onun sözlərinə görə, Özbəkistanın Moskvadakı səfirliyi bu məsələlərə görə Rusiya XİN-ə nota göndərib. A.Burxanov vurğulayıb ki, belə hallar ölkələrimiz arasındakı dostluq münasibətlərinə uyğun deyil və bunları qabaqlamaq üçün konkret tədbirlər görülməlidir.

“Özbəkistan Respublikası xaricdə yaşayan və müvəqqəti olan vətəndaşlarının hüquq və maraqlarının qorunmasını əsas vəzifə hesab edir. Bu məsələ ilə bağlı Özbəkistanın Moskvadakı səfirliyi də müvafiq diplomatik kanallar vasitəsilə Rusiya tərəfi ilə dialoq aparır. Özbəkistan tərəfi bütün vətəndaşlara münasibətdə beynəlxalq hüquqa və insan hüquqlarına riayət olunmasını təmin etməyə çağırır. Bununla əlaqədar biz Rusiyanın müvafiq orqanlarını Özbəkistan vətəndaşlarına hörmətlə yanaşmağa çağırırıq”, – deyə o bildirib.

Qurumun nümayəndəsi deyib ki, Özbəkistan Xarici İşlər Nazirliyi bu məsələni daimi nəzarətdə saxlayır və lazım gəldikdə əlavə tədbirlər görməyə davam edəcək.

Suriyada bu qanunsuz silahlı birləşmənin lideri məhv edilib

Suriyada bu qanunsuz silahlı birləşmənin lideri məhv edilib

Dünya
24 iyun 2026 528 baxış
Peskov Trampın nümayəndələri ilə bağlı hansı mesajı verdi?

Peskov Trampın nümayəndələri ilə bağlı hansı mesajı verdi?

Dünya
24 iyun 2026 528 baxış
“Bu, ABŞ üçün məğlubiyyətdir” | Qalibafdan İsrail və ABŞ-ni cin atına mindirəcək sözlər - Baku TV

“Bu, ABŞ üçün məğlubiyyətdir” | Qalibafdan İsrail və ABŞ-ni cin atına mindirəcək sözlər - Baku TV

Dünya
24 iyun 2026 528 baxış
Qalibaf regionda əldə olunmuş son sülh razılaşmalarını şərh etdi

Qalibaf regionda əldə olunmuş son sülh razılaşmalarını şərh etdi

Dünya
24 iyun 2026 528 baxış
İspaniya Baş nazirindən həyat yoldaşı barədə qərara təpki

İspaniya Baş nazirindən həyat yoldaşı barədə qərara təpki

Dünya
24 iyun 2026 528 baxış
"İran son nəfəsini verir, istədiklərimizi edəcək" | Tramp

"İran son nəfəsini verir, istədiklərimizi edəcək" | Tramp

Dünya
24 iyun 2026 528 baxış
"Rusiya və Ermənistan qardaş ölkələrdir" | Dmitri Peskov

"Rusiya və Ermənistan qardaş ölkələrdir" | Dmitri Peskov

Dünya
24 iyun 2026 528 baxış
Müharibədə kritik an: Ukrayna Rusiyanın strateji obyektlərini hədəfə aldı - Baku TV CANLI

Müharibədə kritik an: Ukrayna Rusiyanın strateji obyektlərini hədəfə aldı - Baku TV CANLI

Dünya
24 iyun 2026 528 baxış
Kiyev Moskvaya təzyiqi artırır: Ukraynanı hansı risklər gözləyir? - AKTUAL GÜNDƏM

Kiyev Moskvaya təzyiqi artırır: Ukraynanı hansı risklər gözləyir? - AKTUAL GÜNDƏM

Dünya
24 iyun 2026 528 baxış
Aİ Ermənistana bu sahədə yardım etməyi planlaşdırır - Baku TV CANLI

Aİ Ermənistana bu sahədə yardım etməyi planlaşdırır - Baku TV CANLI

Dünya
24 iyun 2026 528 baxış
Seçilmişlər
icon