Rusiyanın gecə hücumundan sonra Kiyevdə vəziyyət daha da ağırlaşdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələrinin ballistik raketlərlə kütləvi hücumu nəticəsində Kiyevin bir neçə rayonunda partlayışlar və yanğınlar qeydə alınıb.
Kütləvi zərbələr nəticəsində ölənlərin sayı 9-a çatıb, 23 nəfər xəsarət alıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatında bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin Ukrayna paytaxtına ballistik hücumu nəticəsində beş rayonda yanğınlar və dağıntılar qeydə alınıb. Beşmərtəbəli yaşayış binası qismən dağılıb, 35 nəfər təxliyə edilib.
“Sığınacağa düşdüm. Orada artıq üç nəfər var idi, mən isə dördüncü oldum. Çantalarımı da özümlə götürdüm. Biz həmişə sığınacağa enirik. Fikirləşdim ki, bacıma zəng edib gizlənməsini deyim. Pilləkən qəfəsinə çıxdım, çünki sığınacaqda mobil rabitə işləmir. Elə bu zaman partlayış səsi eşitdik. Dərhal işıqlar söndü, hər yeri toz bürüdü. Qaranlıqda isə heç nə görünmürdü”, – yerli sakinlərdən biri söyləyib.
#Rusiya Silahlı Qüvvələri teqi istifadə olunub
- Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs
- 185 km/s-dən 600 km/s-ə: Rusiyanın “qanadlı ölüm”ü müharibə meydanını necə dəyişir? - HƏRBİ XRONİKA
- Ukrayna Ordusu Luqanskda avtobusa zərbə endirib - Baku TV
- Ölənlərin sayı durmadan artır | Rusiya ballistik raketlər və dronlarla dəhşət saçdı - Baku TV
- Ukrayna Rusiyanın dəhlizi bağlamasını BMT gündəminə çıxarmağı tələb etdi - Baku TV
