Dünya
Pleyeri seçin:

Rusiyanın xeyrinə casusluq edənlərə hansı missiya verilmişdi? | Şəkillərini çəkib...

19 aprel 2024

Almaniyada Rusiyaya casusluq etməkdə və təxribat hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb. İddialara görə, müttəhimlər Rusiya xüsusi xidmətlərinin adından hərəkət ediblər. Onlar aprelin 17-də səhər saatlarında Bavariyanın Bayroyt şəhərində həbs ediliblər.

Əsas şübhəli Bavariyadan olan 39 yaşlı Diter S-dir. Federal prokurorlar onu başqa şeylərlə yanaşı, məxfi xidmət agenti kimi işləməkdə, təxribat hazırlamaqda və hərbi obyektlərdə casusluq etməkdə ittiham edirlər.

Ehtimallara görə, o, 2003-cü ilin oktyabrından Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edir. Diter hərbi infrastrukturda, silah zavodlarında və sənaye obyektlərində yandırma və partlayışlar törətməyə hazırlıq edib.

Casusun hədəfində hərbi yüklərin daşınması üçün istifadə edilən nəqliyyat marşrutları olub. Təxribatçılar Almaniyanın Ukraynaya dəstəyini pozmaq niyyətində imişlər.

Həmin şəxs ABŞ-nin Almaniyadakı hərbi obyektlərini də araşdırıb və fotoşəkillərini çəkib, sonra şəkilləri Rusiya Federasiyasının nümayəndələrinə göndərib. Federal prokurorluq Diterlə işləyən 37 yaşlı almanəsilli rusiyalı Aleksandrın da Rusiya kəşfiyyatının agenti olduğunu ehtimal edir. O da həbs edilib.

“Der Spiegel”in məlumatına görə, Diter S. 2014-2016-cı illərdə “Donetsk Xalq Respublikası”nın milisində xidmət edib.

Fransada 1 May nümayişi zamanı vəziyyət gərginləşdi

Fransada 1 May nümayişi zamanı vəziyyət gərginləşdi

Dünya
02 may 2024
Türkiyədə aksiya keçirildi | Onlarla polis yaralandı

Türkiyədə aksiya keçirildi | Onlarla polis yaralandı

Dünya
02 may 2024
Gürcüstanda qalmaqallı qanun ikinci oxunuşda qəbul olundu

Gürcüstanda qalmaqallı qanun ikinci oxunuşda qəbul olundu

Dünya
02 may 2024
Türkiyə də İsrailə qarşı ittihamçı olacaq | XİN rəhbəri danışdı

Türkiyə də İsrailə qarşı ittihamçı olacaq | XİN rəhbəri danışdı

Dünya
01 may 2024
Timur İvanovun həbsinin əsl səbəbi | Mühüm detallar açıqlandı

Timur İvanovun həbsinin əsl səbəbi | Mühüm detallar açıqlandı

Dünya
01 may 2024
Gürcüstandakı etirazlar necə nəticələnəcək? - Rusiya ilə əlaqələrin pərdəarxası

Gürcüstandakı etirazlar necə nəticələnəcək? - Rusiya ilə əlaqələrin pərdəarxası

Dünya
01 may 2024
Lukaşenko Rusiyada dağda elə bir iqamətgah tikdirir ki...

Lukaşenko Rusiyada dağda elə bir iqamətgah tikdirir ki...

Dünya
01 may 2024
Ukrayna süni intellektlə yaradılan “Viktoriya”ya vacib vəzifə verdi

Ukrayna süni intellektlə yaradılan “Viktoriya”ya vacib vəzifə verdi

Dünya
01 may 2024
Ölənlərin arasında azərbaycanlı da var | Ukraynada son vəziyyət

Ölənlərin arasında azərbaycanlı da var | Ukraynada son vəziyyət

Dünya
01 may 2024
Fələstinə dəstək olan 100-dən çox tələbə saxlanıldı | Nyu-Yorkda gərginlik

Fələstinə dəstək olan 100-dən çox tələbə saxlanıldı | Nyu-Yorkda gərginlik

Dünya
01 may 2024
Seçilmişlər
icon