Dünya
Pleyeri seçin:

Rusiyanın yaydığı dezinformasiyalarla bağlı "Forbes" jurnalı məlumat verdi

08 sentyabr 2023

Populyar sosial şəbəkələrə nəzarət edən texnologiya şirkətləri Rusiya dezinformasiyası ilə mübarizədən üzüqara çıxıb.

“Forbes” jurnalının bu mövzuda yazısında Avropa Komissiyasının yaydığı hesabata istinad olunur.

Vətəndaş cəmiyyəti qruplarının araşdırmaları əsasında hazırlanan hesabatda qeyd olunur ki, 2023-cü ilin birinci yarısında “Facebook”, “Instagram”, “YouTube”, “X”, “TikTok” sosial şəbəkələrində Rusiya hakimiyyətinin təşkil etdiyi dezinformasiyalar daha da artıb:

“Dünyanın əsas sosial şəbəkələrində Kremlyönlü hesabların abunəçilərinin sayı 165 milyondur. Rusiyanın Ukraynada total müharibəyə başladığı 2022-ci ilin fevralından bəri bu cür hesablarda yayılan materiallara baxış sayı 16 milyarda çatıb.

“Meta” şirkətinə məxsus “Facebook” və “Instagram” şəbəkələrində Kremlyönlü hesablar hələ də geniş auditoriyanı əhatə edir. Başqa sosial şəbəkələrdə vəziyyət daha acınacaqlıdır. 2022-ci ilin fevralından Kremlyönlü hesablara abunə olanların sayı “Telegram” platformasında üç dəfədən, “TikTok”da iki dəfədən çox, “YouTube” kanalında 90 faizə qədər artıb”.

2022-ci ilin sonlarında amerikalı milyarder İlon Maskın “Twitter” şəbəkəsini satın aldığını, 2023-cü ilin yazından bu şəbəkədə moderasiya qaydalarının dəyişdirildiyini xatırladan “Forbes” jurnalı yazır ki, yenilik Kremlin xeyrinə işləyib.

Qeyd olunur ki, əvvəllər “Twitter” dövlət nəzarətindəki media qurumlarını, informasiya agentliklərini xüsusi işarə ilə seçdirir, istifadəçiyə işarə verirdi:

“Həm də “Twitter” belə qurumların, agentliklərin yerləşdirdiyi materialların istifadəçilərə avtomatik ötürülməsinə məhdudiyyət qoyurdu. 2023-cü ilin yazından “Twitter” bunların heç birini etmir. Avropa Komissiyasının hesabatında göstərilir ki, bütün bunlar İlon Maskın adını dəyişdirib “X” qoyduğu sosial şəbəkədə Rusiya hakimiyyətinin yaydığı uydurmaların sözün əsl mənasında tüğyan etməsinə gətirib. Vur-tut bir neçə ay ərzində “X” şəbəkəsində Rusiya dezinformasiyalarının auditoriyası 40 faizə qədər artıb”.

Avropa Komissiyasının hesabatında vurğulanır ki, Rusiyanın dezinformasiya kampaniyalarının dünyanın əsas sosial şəbəkələrində meydan sulaması 2024-cü ildə Avropa Parlamentində keçiriləcək seçkilərə də təhlükə törədir.

Kopyalandı
3 illik planın detalları | Rusiya və Çin arasında bu reallaşacaq?

3 illik planın detalları | Rusiya və Çin arasında bu reallaşacaq?

Dünya
22 noyabr 2024
Kriptovalyutanın kəskin bahalaşmasının səbəbi nədir?

Kriptovalyutanın kəskin bahalaşmasının səbəbi nədir?

Dünya
22 noyabr 2024
İsrail Ordusundan dəhşətə gətirən hücum | Çoxlu sayda ölənlər var

İsrail Ordusundan dəhşətə gətirən hücum | Çoxlu sayda ölənlər var

Dünya
22 noyabr 2024
Rusiya Prezidenti Kim Çen Inı unutmadı | Moskvadan Pxenyana nələr göndərildi?

Rusiya Prezidenti Kim Çen Inı unutmadı | Moskvadan Pxenyana nələr göndərildi?

Dünya
22 noyabr 2024
ABŞ-yə xəbərdarlıq etmişdik, amma... | Peskovdan ballistik raket hücumuna reaksiya

ABŞ-yə xəbərdarlıq etmişdik, amma... | Peskovdan ballistik raket hücumuna reaksiya

Dünya
22 noyabr 2024
ABŞ-nin Rusiyanı vurmaq icazəsi Trampla razılaşdırılıb? | Ukraynalı ekspertlərdən açıqlama

ABŞ-nin Rusiyanı vurmaq icazəsi Trampla razılaşdırılıb? | Ukraynalı ekspertlərdən açıqlama

Dünya
22 noyabr 2024
Pakistanda avtomobil karvanına hücum | Ölən və yaralananlar var

Pakistanda avtomobil karvanına hücum | Ölən və yaralananlar var

Dünya
22 noyabr 2024
Rusiya Prezidentindən xəbərdarlıq | Qətiyyətlə cavab verəcəyik

Rusiya Prezidentindən xəbərdarlıq | Qətiyyətlə cavab verəcəyik

Dünya
22 noyabr 2024
Bürclərlə bağlı unikal kəşf | Eramızdan əvvələ aid olan bu tapıntı nəyi göstərir?

Bürclərlə bağlı unikal kəşf | Eramızdan əvvələ aid olan bu tapıntı nəyi göstərir?

Dünya
21 noyabr 2024
Putindən xalqa təcili müraciət | Rusiyadan Ukraynaya cavab atəşi

Putindən xalqa təcili müraciət | Rusiyadan Ukraynaya cavab atəşi

Dünya
21 noyabr 2024
Seçilmişlər
icon