Pleyeri seçin:

Şahbaz Şərifdən regionda sülh üçün yeni təşəbbüs irəli sürüldü - Baku TV

13 iyun 2026 318 baxış

"ABŞ və İran münaqişənin dayandırılmasına dair sazişin yekun mətnini razılaşdırıblar, rəsmi İslamabad isə hazırda onun imzalanması prosedurunu başa çatdırmaq üçün hər iki tərəflə sıx əməkdaşlıq edir".

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsində yazıb.

O bildirib ki, İslamabadın fəal vasitəçilik səyləri fonunda sülh prosesinin pozulmasında maraqlı olan qüvvələr tərəfindən əsassız məlumatların yayılması davam edir.

"Bu cür cəhdlərə baxmayaraq, tərəflər sənədin yekun mətnini razılaşdıra biliblər. Əsassız məlumatlarla bağlı bütün səs-küyü bir kənara qoysaq, sülh sazişinin yekun razılaşdırılmış mətninin artıq hazır olduğunu təsdiqləyə bilərik. Hazırda Pakistan sonrakı addımlar üzərində hər iki tərəflə sıx işləyir", – deyə Baş nazir qeyd edib.

Şahbaz Şərif həmçinin yaxın vaxtlarda razılığın əldə olunacağına inandığını deyib. O əlavə edib ki, sülh hələ heç vaxt indiki qədər yaxın olmamışdı.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi də "X" sosial şəbəkəsində yazıb ki, İran və ABŞ sazişin imzalanmasına heç vaxt olmadığı qədər yaxındır və bu, böyük ehtimalla İslamabadda baş tutacaq.

"Biz qarşılıqlı anlaşma memorandumunu imzalamağa heç vaxt olmadığı qədər yaxınıq və bunu İslamabadda etməyi planlaşdırırıq. Media onun yekun razılaşdırılmasına qədər məzmunu ilə bağlı spekulyasiyalardan çəkinməlidir", – deyə İran diplomatiyasının rəhbəri qeyd edib.

Abbas Əraqçinin sözlərinə görə, bütün zəruri prosedurlar başa çatdıqdan sonra sənədin məzmunu barədə təfərrüatlar ictimaiyyətə təqdim olunacaq.

"Məsuliyyətli və şəffaf yanaşmamıza uyğun olaraq bütün detallar vaxtında ictimaiyyətin diqqətinə çatdırılacaq", – deyə nazir vurğulayıb.

Banner
İstanbulda baş verən sel fəlakəti nəticəsində köməksiz qalan 3055 nəfərin xilas edildi - Baku TV

İstanbulda baş verən sel fəlakəti nəticəsində köməksiz qalan 3055 nəfərin xilas edildi - Baku TV

Dünya
16 oktyabr 2026 318 baxış
Uqandada Ebola virusuna qarşı yeni peyvəndin tədqiqi planlaşdırılır

Uqandada Ebola virusuna qarşı yeni peyvəndin tədqiqi planlaşdırılır

Dünya
16 oktyabr 2026 318 baxış
Tramp və Putin arasında gizli razılaşma iddiası | Ukrayna Ordusu niyə çətinlik yaşayır? - Baku TV

Tramp və Putin arasında gizli razılaşma iddiası | Ukrayna Ordusu niyə çətinlik yaşayır? - Baku TV

Dünya
16 oktyabr 2026 318 baxış
Moskvaya kütləvi dron hücumundan sonra bütün hava limanlarında uçuşlar dayandırılıb

Moskvaya kütləvi dron hücumundan sonra bütün hava limanlarında uçuşlar dayandırılıb

Dünya
16 oktyabr 2026 318 baxış
Narkokartellərə qarşı mübarizədə yeni mərhələ başlayır?

Narkokartellərə qarşı mübarizədə yeni mərhələ başlayır?

Dünya
16 oktyabr 2026 318 baxış
Rusiyanın neft obyektlərinə hücumlardan sonra Kremldən Kiyevə kritik mesaj - Baku TV

Rusiyanın neft obyektlərinə hücumlardan sonra Kremldən Kiyevə kritik mesaj - Baku TV

Dünya
16 oktyabr 2026 318 baxış
Moskvada qorxulu anlar | Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Baku TV CANLI

Moskvada qorxulu anlar | Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Baku TV CANLI

Dünya
16 oktyabr 2026 318 baxış
Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub

Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub

Dünya
16 oktyabr 2026 318 baxış
Kiyevin zərbə imkanlarını artırmaq üçün Britaniyadan yeni raket tədarükü gözlənilir

Kiyevin zərbə imkanlarını artırmaq üçün Britaniyadan yeni raket tədarükü gözlənilir

Dünya
16 oktyabr 2026 318 baxış
Dünya çempionatı ilə bağlı qərar FIFA rəhbərini tənqidlərin hədəfinə çevirib

Dünya çempionatı ilə bağlı qərar FIFA rəhbərini tənqidlərin hədəfinə çevirib

Dünya
16 oktyabr 2026 318 baxış
Seçilmişlər
icon