Sahibi çayda batan vəfalı it görün nə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Başqırdıstanda çayda batan sahibini dörd gün sahildə gözləyən itin hekayəsi hər kəsi riqqətə gətirib.
Hadisə noyabrın 24-də Qaraidel kəndində baş verib.
Yerli sakin evə daha qısa yolla getmək üçün velosipedlə Ufa çayının nazik buzunun üzərindən keçməyə çalışıb. Buz tab gətirməyib və kişi suya düşərək boğulub. Yanında olan iti Belka isə sahibini gözləməyə başlayıb və dörd gün boyunca hadisə yerindən ayrılmayıb.
Kənd sakinləri iti oradan uzaqlaşdırmağa çalışsalar da, Belka qaçaraq, yenidən çaya qayıdıb. Dörd gün davam edən xilasetmə əməliyyatından sonra kişinin cəsədi yeddi metr dərinlikdə tapılıb.
Belkanın sədaqəti bir çox insanlara Yaponiyanın əfsanəvi “Hatiko” itini xatırladıb. Hatiko 9 il boyunca vəfat etmiş sahibini vağzalda gözləyərək, tarixə düşmüşdü.
#Rusiya teqi istifadə olunub
- Ankara hərəkətə keçdi
- Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı
- Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI
- Türkiyə Rusiya və Ukrayna taxılının ixracını bərpa etməyə çalışır - Baku TV
