Dünya
Pleyeri seçin:

Şahramanyan nəzarət altına niyə alındı?

22 fevral 2024

Qarabağdan könüllü olaraq Ermənistana üz tutan ermənilərin son günlər İrəvanda Baş nazir Nikol Paşinyana qarşı keçirdikləri etiraz aksiyaları, o cümlədən bəzi keçmiş qondarma rejimin “deputatlarının” gizli görüşləri, nümayişlərdəki çıxışları ölkə hakimiyyətini ciddi şəkildə narahat edib.

Erməni mətbuatında yayılan məlumatlarda bildirilib ki, Baş nazir həmin şəxsləri nəzarət altına almağı, sözügedən tör-töküntüləri isə xidməti dövlət maşınlarından və cangüdənlərindən məhrum etməyi əmr edib. Erməni mediasının gündəmindən düşməyən, separatçıların keçmiş "rəhbər"i Samvel Şahramanyan isə xüsusi olaraq nəzarət altına alınıb.

Belə ki, fevralın 21-i cangüdəninin əlindən alınması ilə sakitləşməyən hakimiyyət onun özünün də üzərinə düşüb. S.Şahramanyan əvvəllər Qarabağda baş vermiş oğurluq işi üzrə şahid qismində dindirilmək üçün yenidən Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.

Ölkə mətbuatında o da qeyd olunub ki, baş verənlərin əsas səbəbi Qarabağdan könüllü çıxmış ermənilərin gözünü qorxutmaqdır. Xəbərə görə, N.Paşinyan bununla da ona qarşı edilən etirazların qarşısını almaq istəyir.

Məlumat üçün bildirək ki, Ermənistana köç edən ermənilər Baş nazirə qarşı davamlı olaraq etiraz aksiyaları keçirirlər. Nümayişçilər çıxışlarında onlara vəd edilən pulu ala bilmədiklərini və işsiz qaldıqlarını, kirayə evlər tutmaq üçün pullarının olmadığını deyirlər.  

Rəisinin ölümündən sonra İranda prezident seçkiləri nə vaxt keçiriləcək?

Rəisinin ölümündən sonra İranda prezident seçkiləri nə vaxt keçiriləcək?

Dünya
20 may 2024
İranın vitse-prezidentindən İbrahim Rəisinin ölümü ilə bağlı açıqlama

İranın vitse-prezidentindən İbrahim Rəisinin ölümü ilə bağlı açıqlama

Dünya
20 may 2024
İran Prezidentinin olduğu helikopterin qəzaya düşmə sxemi

İran Prezidentinin olduğu helikopterin qəzaya düşmə sxemi

Dünya
20 may 2024
İbrahim Rəisinin ölüm xəbəri təsdiqləndi | Qəza ilə bağlı son məlumat

İbrahim Rəisinin ölüm xəbəri təsdiqləndi | Qəza ilə bağlı son məlumat

Dünya
20 may 2024
Qəzaya düşən İbrahim Rəisi ilə bağlı təcili açıqlama

Qəzaya düşən İbrahim Rəisi ilə bağlı təcili açıqlama

Dünya
20 may 2024
"Akıncı" qəzaya uğrayan helikopterin qalıqları olduğu düşünülən "istilik mənbəyi" aşkar etdi

"Akıncı" qəzaya uğrayan helikopterin qalıqları olduğu düşünülən "istilik mənbəyi" aşkar etdi

Dünya
20 may 2024
"Akıncı" İran hava məkanında qəzaya uğrayan helikopteri axtarır | Anbaan görüntülər

"Akıncı" İran hava məkanında qəzaya uğrayan helikopteri axtarır | Anbaan görüntülər

Dünya
20 may 2024
İran Prezidentinin axtarışları ilə bağlı son məlumat

İran Prezidentinin axtarışları ilə bağlı son məlumat

Dünya
20 may 2024
Türkiyə İrandakı helikopter qəzası ilə bağlı hərəkətə keçdi

Türkiyə İrandakı helikopter qəzası ilə bağlı hərəkətə keçdi

Dünya
20 may 2024
Baku TV atəşə tutulan Ukraynadan son məlumatları çatdırır

Baku TV atəşə tutulan Ukraynadan son məlumatları çatdırır

Dünya
19 may 2024
Seçilmişlər
icon