Şəffaflıq İnstitutunun taleyi ilə bağlı qərar qalmaqala səbəb oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Meksikanın Qanunverici Assambleyasında Şəffaflıq, Məlumatlara Çıxış və Şəxsi Məlumatların Mühafizəsi İnstitutunun gələcəyi ilə bağlı keçirilən iclas qalmaqalla yadda qalıb.
Belə ki, müzakirələr zamanı deputatlar arasında kəskin qarşıdurma yaranıb və bu, fiziki toqquşmaya çevrilib.
Qanun layihəsi institutun ləğvini və ya səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutur. Müxalifət deputatları bu addımın dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarəti zəiflədəcəyini, vətəndaşların məlumat almaq hüququna ciddi zərbə vuracağını bildiriblər. Hakim koalisiya isə islahatların zəruriliyini və büdcə xərclərinin optimallaşdırılmalı olduğunu vurğulayıb.
Gərgin müzakirələr fonunda deputatlar bir-birini itələyib, zalda xaos yaranıb. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə edib, iclas müvəqqəti olaraq dayandırılıb.
Baş verən insident Meksikada siyasi gərginliyin artdığını göstərir. Qanun layihəsinin taleyi ilə bağlı müzakirələrin yaxın günlərdə davam etdirilməsi gözlənilir.
#Meksika teqi istifadə olunub
- Saatda 230 kilometr sürətli küləklərlə müşayiət olunan qasırğa yaxınlaşır
- ABŞ Meksika ilə sərhəddə imkanlarını genişləndirir | Hərbçilər burada nə edəcək? - Baku TV
- “Polo” Meksikanı vurub, güclənən “Rachel” isə sahillərdə ikinci fırtına təhlükəsi yaradır
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV
