Pleyeri seçin:

Səhvlərdən nəticə çıxarmayan Ermənistan: erməni dini lideri Rusiyadan danışdı

10 oktyabr 2023 89 baxış

“Görünür, bizim bədbəxtliklərimizə görə hamını günahlandırmaq, mürəkkəb geosiyasi situasiyalara istinad edərək müxtəlif ölkələrin şərikliyini qeyd etmək bizim üçün acınacaqlı bir ənənə halını alıb. Lakin təəssüflər olsun ki, bütün obyektiv iddiaların və zərurətin əksinə olaraq, müsibətlərin səbəblərinin bizə aid olan hissəsini, nöqsanlarımızı, səhvlərimizi, günahlarımızı araşdırıb və onu aydın şəkildə göstərəndə özümüzə gəlmirik”.

Bunu Eçmiədzinin diplomatı arxiyepiskop Arşak Xaçatryan erməni mediasına müsahibəsində deyib.

“Təəssüf ki, biz vahid cəmiyyət, kimlik ətrafında birləşən insanlar formalaşdıra bilmirik. Bu gün də o uğursuz və bədnam əməl davam edir. Bir tərəfdən Rusiyanı, digər tərəfdən isə beynəlxalq ictimaiyyəti heç bir əsas olmadan günahlandırırıq. Amma, əslində, günahın böyük və əsas payı bizə aiddir.

Heç kim əllərimizdən tutmayıb ki, biz qüdrətli ölkə qurmayaq. Bunu bizə heç kim qadağan etməyib. Ona görə də dərindən əminəm ki, biz özümüz bu faciələrin səbəbini öz içimizdə axtarmalıyıq”, – o qeyd edib.

Son dövrlərdəki erməni cəmiyyətində vüsət alan anti-Rusiya meyillərini şərh edən Xaçatryan deyib ki, bu isteriyanı anlaşılmaz hesab edir:

“Rusu yetərincə erməni olmamaqda ittiham etmək yersizdir. Rusiya böyük fövqəl dövlətdir, onun öz geosiyasi maraqları var. Əlbəttə, mən özümü politoloq kimi göstərmirəm, amma mənə elə gəlir ki, bütün bunları başa düşmək üçün ezoterik biliklərə ehtiyac yoxdur. Biz öz maraqlarımızı üstün tutmağı, qeyd etməyi, dövlətçiliyimizin qorunub saxlanılmasını təmin edə biləcək güclərlə işləməyi bacarmalıyıq”.

ABŞ Prezidenti İranın Xarq adasından danışdı

ABŞ Prezidenti İranın Xarq adasından danışdı

Dünya
16 mart 2026 89 baxış
SEPAH-ın sabiq komandanı Xameneinin müşaviri təyin edildi

SEPAH-ın sabiq komandanı Xameneinin müşaviri təyin edildi

Dünya
16 mart 2026 89 baxış
Müharibədə gözlənilməz gedişat | Hücumların məqsəd və xarakteri niyə dəyişdi? - HƏRBİ XRONİKA

Müharibədə gözlənilməz gedişat | Hücumların məqsəd və xarakteri niyə dəyişdi? - HƏRBİ XRONİKA

Dünya
16 mart 2026 89 baxış
İlbər Ortaylının dəfn mərasimi keçirildi

İlbər Ortaylının dəfn mərasimi keçirildi

Dünya
16 mart 2026 89 baxış
"İran böyük səhvə yol verdi, indi də..." | Regionu ərəb-fars müharibəsi gözləyir? - Baku TV

"İran böyük səhvə yol verdi, indi də..." | Regionu ərəb-fars müharibəsi gözləyir? - Baku TV

Dünya
16 mart 2026 89 baxış
Savaşın uzanması ABŞ və İsraildən çox İrana sərf edir? | Tehranın hiyləgər planı - Baku TV

Savaşın uzanması ABŞ və İsraildən çox İrana sərf edir? | Tehranın hiyləgər planı - Baku TV

Dünya
16 mart 2026 89 baxış
İranın qisası... | Trampın xəbərdarlığına fikir verməmək Netanyahuya baha başa gəldi? - Baku TV

İranın qisası... | Trampın xəbərdarlığına fikir verməmək Netanyahuya baha başa gəldi? - Baku TV

Dünya
16 mart 2026 89 baxış
ABŞ Ordusu Hörmüz boğazında quru əməliyyatına başlaya bilər

ABŞ Ordusu Hörmüz boğazında quru əməliyyatına başlaya bilər

Dünya
16 mart 2026 89 baxış
İsrail müdafiə naziri “Hizbullah”ı hədələdi

İsrail müdafiə naziri “Hizbullah”ı hədələdi

Dünya
16 mart 2026 89 baxış
İsrail İranın peyk mərkəzini məhv etdiyini açıqladı - Baku TV CANLI

İsrail İranın peyk mərkəzini məhv etdiyini açıqladı - Baku TV CANLI

Dünya
16 mart 2026 89 baxış
Seçilmişlər
icon