Pleyeri seçin:

Səkkiz ildir içki içmir, amma sərxoşdur

24 aprel 2026 25 baxış

ABŞ-nin Florida ştatında yaşayan Mark Mongiardo 2018-ci ildən etibarən spirtli içkilərdən tam imtina etsə də, mütəmadi olaraq sərxoşluq halı yaşayır. 

Bu barədə “New York Post” məlumat yayıb.

Həkimlərin bildirdiyinə görə, buna səbəb nadir rast gəlinən “avtopivə sindromu”dur – bu zaman spirt insan orqanizmində, xüsusilə bağırsaqlarda yaranır.

Mütəxəssislərin məlumatına görə, dünyada bu cür halların sayı 100-dən azdır. Sindromun mahiyyəti bağırsaqlarda maya göbələklərinin həddindən artıq artması ilə bağlıdır. Onlar qida vasitəsilə qəbul edilən karbohidrat və şəkərləri fermentləşdirərək etanola çevirir. Nəticədə, çörək və ya şirniyyat kimi adi qidalar belə qanda alkoqol səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Mark uzun müddət bu simptomların səbəbini anlaya bilməyib. O, yorğunluq, lənglik və diqqət dağınıqlığını müəllim və məşqçi kimi gərgin iş rejimi ilə əlaqələndirib.

Lakin zaman keçdikcə hallar daha da ağırlaşıb: nitqdə anlaşılmazlıq, koordinasiya pozuntusu və şüur bulanıqlığı müşahidə olunub.  Bu vəziyyət ciddi nəticələrə gətirib çıxarıb. Kişi işini itirib, həmçinin Nyu-York ştatı ərazisində sərxoş vəziyyətdə avtomobil idarəetmə ittihamı ilə iki dəfə məsuliyyətə cəlb olunub. Bu hallardan biri onun artıq spirtli içkilərdən imtina etməsindən sonra baş verib.

Hazırda o, vəziyyətinə nəzarət etmək üçün ciddi pəhriz saxlayır və müxtəlif qidaların orqanizmə təsirini izləyir. Mark avtomobil idarə etməzdən əvvəl mütəmadi olaraq qanda alkoqol səviyyəsini yoxlayır və daim “alkotester”lərdən istifadə edir.

Kopyalandı
Ərdoğandan yeni güc mesajı

Ərdoğandan yeni güc mesajı

Dünya
24 aprel 2026 25 baxış
Dünyanı narahat edən addım: ABŞ üç nəhəng donanmanı hərəkətə keçirdi - ANA XƏBƏR

Dünyanı narahat edən addım: ABŞ üç nəhəng donanmanı hərəkətə keçirdi - ANA XƏBƏR

Dünya
24 aprel 2026 25 baxış
Fransa Prezidenti postundan birdəfəlik gedəcəyini açıqladı

Fransa Prezidenti postundan birdəfəlik gedəcəyini açıqladı

Dünya
24 aprel 2026 25 baxış
Yaxın Şərqdə ABŞ hərbi gəmilərinin sayı 3 oldu: İqtisadi mühasirə, yoxsa yeni münaqişə mərhələsi?

Yaxın Şərqdə ABŞ hərbi gəmilərinin sayı 3 oldu: İqtisadi mühasirə, yoxsa yeni münaqişə mərhələsi?

Dünya
24 aprel 2026 25 baxış
Mariya Zaxarova Ermənistana xəbərdarlıq etdi

Mariya Zaxarova Ermənistana xəbərdarlıq etdi

Dünya
24 aprel 2026 25 baxış
“Liderlər rahat idi, çünki...” | Tusk Orbanın Aİ sammitində iştirak etməməsindən danışdı

“Liderlər rahat idi, çünki...” | Tusk Orbanın Aİ sammitində iştirak etməməsindən danışdı

Dünya
24 aprel 2026 25 baxış
Rusiya NATO ölkələrindən birinə hücum edəcək? - Baku TV CANLI

Rusiya NATO ölkələrindən birinə hücum edəcək? - Baku TV CANLI

Dünya
24 aprel 2026 25 baxış
“Paşinyan seçkilərdə qalib gəlsə...” | Viktor Vodolatskidən açıqlama

“Paşinyan seçkilərdə qalib gəlsə...” | Viktor Vodolatskidən açıqlama

Dünya
24 aprel 2026 25 baxış
Putin qondarma soyqırımı ilə bağlı ermənilərə mesaj göndərdi

Putin qondarma soyqırımı ilə bağlı ermənilərə mesaj göndərdi

Dünya
24 aprel 2026 25 baxış
Almaniya Ordusunda məzuniyyətlər ləğv edildi

Almaniya Ordusunda məzuniyyətlər ləğv edildi

Dünya
24 aprel 2026 25 baxış
Seçilmişlər
icon