Serbiyada dəhşətli tramvay qəzası: 12 nəfər...
Serbiyanın paytaxtı Belqradın mərkəzindəki Dorçol məhəlləsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hərəkətdə olan tramvay relsdən çıxaraq binaya çırpılıb. Zərbənin gücündən tramvayın kabinəsi tamamilə əzilib, binanın fasadının bəzi hissələri isə səkiyə tökülüb.
Son məlumatlara görə, qəza nəticəsində tramvaydakı sərnişinlərdən 10 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə zamanı binanın daxilində olan iki qadının isə yüngül xəsarət aldığı bildirilir.
Əraziyə dərhal polis və tibbi briqadalar cəlb olunub. Yaralılara yardım göstərilib. Polis əməkdaşları ərazini nəzarətə götürüb. İlkin araşdırmalar davam edir.
Qəzanın dəqiq səbəbinin texniki nasazlıq, relslərdəki problem, yoxsa insan faktoru olduğunu müəyyənləşdirmək üçün təhqiqat işlərinə başlanılıb.
#Serbiya teqi istifadə olunub
- İstanbulda danışıqlar başa çatdı | SOCAR Belqradda hansı layihədə iştirak edəcək? - Baku TV
- Srebrenitsa qətliamının əsas fiquru 84 yaşında vəfat edib
- Serbiyada qaz elektrik stansiyası inşa ediləcək | SOCAR yeni layihəyə qoşuldu - Baku TV
- Serbiya Baş naziri ölkə vətəndaşlarına səsləndi
- Serbiya isti hava dalğası fonunda problemlərlə mübarizə aparır
