Pleyeri seçin:
Seriallara çox baxan insanlarda nə aşkarlandı?
Baku TV-nin dünya xəbərləri bölməsində Çinli alimlərin "PLOS One" nəşrində dərc olunan yeni araşdırması işıqlandırılır. Tədqiqat nəticəsində məlum olub ki, saatlarla fasiləsiz serial izləyən (binge-watching) insanlarda tənhalıq hissi digərlərinə nisbətən daha güclü olur. 500-dən çox könüllünün iştirak etdiyi araşdırma göstərir ki, iştirakçıların 61%-i artıq "serial asılılığı" meyarlarına cavab verir. Alimlər aşkar ediblər ki, insanlar gündəlik problemlərdən və mənfi emosiyalardan qaçmaq üçün seriallara sığınırlar, lakin bu vərdiş sosial təcridi daha da dərinləşdirir və problemli davranışlara yol açır.
Kopyalandı
