Pleyeri seçin:

Şərqi Qüds və İordan çayının qərb sahilində BMT-nin işi niyə çətinləşib?

14 noyabr 2025 315 baxış

“Qəzzadakı aclıq və ümidsizliyi təkcə ərzaq paylanması ilə aradan qaldırmaq mümkün deyil”.

Bu sözləri BMT komissarı Filip Lazzarini söyləyib.

O bildirib ki, İsrail parlamenti ‒ Knesset tərəfindən qəbul edilən iki yeni qanun BMT əməkdaşlarının fəaliyyətini daha da məhdudlaşdırıb:

“Bu qərarlardan sonra bəzi əməkdaşlarımız Şərqi Qüds, İordan çayının qərb sahili və Qəzzadan geri çəkilməli oldu. Çətinliklərə baxmayaraq, fəaliyyətimizi davam etdiririk”.

F.Lazzarini bildirib ki, yardım dolu 6 mindən çox yük maşını Misir və İordaniyadadır. Humanitar yardım Qəzzaya daxil olmağı gözləyir.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərq üzrə baş komissarı əsas maneə kimi İsrailin Agentliyə qoyduğu məhdudiyyətləri göstərib.

Bundan başqa, Qəzza zolağında UNICEF və tərəfdaşları tərəfindən təşkil olunan peyvəndlənmə kampaniyası davam edir və müharibə səbəbi ilə vaksinasiyadan keçməyən 44 mindən çox uşağa peyvəndin vurulması gözlənilir.

Bildirək ki, HƏMAS tərəfindən daha bir girovun meyiti İsrailə təhvil verilib. Məlumata görə, meyit Meni Qodarda aiddir.

Qeyd edək ki, oktyabr ayındakı atəşkəs razılaşmasına əsasən, HƏMAS Qəzzada saxlanılan sağ qalan 20 girovun hamısını İsrailin saxladığı təxminən 2 min fələstinli məhbus və müharibə əsiri ilə mübadilə edərək azad edib.

ABŞ Prezidenti İranın Xarq adasından danışdı

ABŞ Prezidenti İranın Xarq adasından danışdı

Dünya
16 mart 2026 315 baxış
SEPAH-ın sabiq komandanı Xameneinin müşaviri təyin edildi

SEPAH-ın sabiq komandanı Xameneinin müşaviri təyin edildi

Dünya
16 mart 2026 315 baxış
Müharibədə gözlənilməz gedişat | Hücumların məqsəd və xarakteri niyə dəyişdi? - HƏRBİ XRONİKA

Müharibədə gözlənilməz gedişat | Hücumların məqsəd və xarakteri niyə dəyişdi? - HƏRBİ XRONİKA

Dünya
16 mart 2026 315 baxış
İlbər Ortaylının dəfn mərasimi keçirildi

İlbər Ortaylının dəfn mərasimi keçirildi

Dünya
16 mart 2026 315 baxış
"İran böyük səhvə yol verdi, indi də..." | Regionu ərəb-fars müharibəsi gözləyir? - Baku TV

"İran böyük səhvə yol verdi, indi də..." | Regionu ərəb-fars müharibəsi gözləyir? - Baku TV

Dünya
16 mart 2026 315 baxış
Savaşın uzanması ABŞ və İsraildən çox İrana sərf edir? | Tehranın hiyləgər planı - Baku TV

Savaşın uzanması ABŞ və İsraildən çox İrana sərf edir? | Tehranın hiyləgər planı - Baku TV

Dünya
16 mart 2026 315 baxış
İranın qisası... | Trampın xəbərdarlığına fikir verməmək Netanyahuya baha başa gəldi? - Baku TV

İranın qisası... | Trampın xəbərdarlığına fikir verməmək Netanyahuya baha başa gəldi? - Baku TV

Dünya
16 mart 2026 315 baxış
ABŞ Ordusu Hörmüz boğazında quru əməliyyatına başlaya bilər

ABŞ Ordusu Hörmüz boğazında quru əməliyyatına başlaya bilər

Dünya
16 mart 2026 315 baxış
İsrail müdafiə naziri “Hizbullah”ı hədələdi

İsrail müdafiə naziri “Hizbullah”ı hədələdi

Dünya
16 mart 2026 315 baxış
İsrail İranın peyk mərkəzini məhv etdiyini açıqladı - Baku TV CANLI

İsrail İranın peyk mərkəzini məhv etdiyini açıqladı - Baku TV CANLI

Dünya
16 mart 2026 315 baxış
Seçilmişlər
icon