Siyahıda yeganə türk qadın görün kimdir | İlk dördlüyə mühüm simalar damğa vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
"Forbes" jurnalı "Dünyanın ən güclü 100 qadını" siyahısını açıqlayıb.
Ümumilikdə 33 trilyon dollar dəyərində iqtisadi gücə sahib qadınlar arasında Türkiyədən yalnız iş adamı Güler Sabancı yer alıb.
Belə ki, Güler Sabancı "Sabancı Holding"in ilk qadın rəhbəri olaraq 80-ci sırada qərarlaşıb.
"Forbes" G.Sabancının karyerasına diqqət çəkərkən onun Sabancı Universitetinin qurucu prezidenti və "Sabancı Fondu"nun prezidenti kimi Türkiyədə sosial məsuliyyət layihələrinə rəhbərlik etdiyini vurğulayıb.
Siyahının ilk dörd sırasına siyasət sahəsinin mühüm simaları damğa vurub.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen siyahıda birinci yeri tutub.
İkinci yerdə Avropa Mərkəzi Bankının sədri Kristin Laqard, üçüncü yerdə İtaliyanın Baş naziri Ciorcia Meloni, dördüncü yerdə isə Meksika Prezidenti Klaudiya Şeynbaum qərarlaşıb.
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
