Son 13 ilin miqrasiya ilə bağlı ən aşağı göstəricisi
Yeniliklərdən dərhal xəbərdar olun
Rəsmi rəqəmlərə görə, Britaniyanın xalis miqrasiyası 2025-ci ildə COVID-19 pandemiyası dövrü istisna olmaqla, 2012-ci ildən bəri ən aşağı səviyyə olan 171 min nəfərə düşüb.
Milli Statistika İdarəsinin ilkin məlumatlarına görə, 2023-cü ilin mart ayına qədər olan dövrdə 944 min nəfərlik göstərici ilə pik həddə çatan xalis miqrasiya ötən il 171 minə düşüb və azalma davam edir.
Milli Statistika İdarəsinin məlumatına görə, “işlə bağlı səbəblərdən” Britaniyaya gələn Avopa İttifaqına üzvü olmayan ölkələrin vətəndaşlarının sayının 47 faiz azalması əsas səbəb olub.
Böyük Britaniyanı tərk edənlərin sayı 6 faizlik azalma ilə 640 min nəfərə düşüb. Keçən il isə ölkəyə 800 min nəfər immiqrasiya edib ki, bu da 2024-cü ilin göstəricisindən 20 faiz azdır.
Ayrıca olaraq, Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrasiya ilə bağlı rəqəmləri açıqlayıb ki, bu da mart ayına qədər olan dövrdə kiçik qayıqlarla gələnlərin sayının 3 faiz artdığını göstərir. Eyni dövrdə sığınacaq istəyənlərin sayı 12 faiz, hotellərdə yerləşən və sığınacaq axtaranların sayı isə üçdəbirə qədər azalıb.
#Böyük Britaniya teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq
- Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb
- İran Londonla münasibətlərdə gərginliyi artıran qərar qəbul edib - Baku TV CANLI
- Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib
