Soyuq müharibədən sonra ilk dəfədir ki... | Ənənəvi hərbi sistemlər tarixə qovuşur
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya soyuq müharibədən sonra ən böyük müdafiə təşəbbüsünü elan edib.
Yeni strategiya çərçivəsində hökumət hər 18 ayda bir atom sualtı qayığı inşa etməyi planlaşdırır. Məqsəd Rusiya və Çindən gələ biləcək təhdidlərlə effektiv mübarizə aparmaqdır.
“The Telegraph”ın məlumatına görə, bu barədə Britaniyanın müdafiə naziri Con Hili danışıb.
Hazırda isə sualtı qayıqlar sutkalıq patrul işləri aparır. 12 müasir SSN-AUKUS sualtı qayığını “Astute” səviyyəli qayıqlar əvəzləyəcək. 4 yeni “Dreadnought” sualtı qayığının isə “Vanguard” donanmasını yeniləcəyi gözlənilir.
Atom sualtı qayıqlarının sayı 16-ya çatdırılacaq. Yeni strategiyada 6 silah-sursat anbarının tikintisi də nəzərdə tutulub. Əsas diqqət kiberordu və süni intellektə yönəldilib.
Con Hilinin sözləri ilə desək, “klaviatura savaş silahına çevrilib”. Ənənəvi hərbi sistemlərin yerini tutacaq kamikadze dronların istehsalı da planlaşdırılır.
#Böyük Britaniya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq
- Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb
- İran Londonla münasibətlərdə gərginliyi artıran qərar qəbul edib - Baku TV CANLI
