Şri-Lankada "Ditva" siklonu həyatı iflic etdi | Çoxlu sayda ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Şri-Lankada "Ditva" siklonunun yaratdığı torpaq sürüşmələri və daşqınlar nəticəsində həlak olanların sayı 200 nəfəri keçib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Mərkəzinin hesabatında deyilir.
Məlumata görə, daha 191 nəfər itkin düşmüş sayılır. Ölkə üzrə yarım milyondan çox insan zərər çəkib, 78 min nəfərdən çox insan isə evlərini tərk etməyə məcbur qalıb. Onların yerləşdirilməsi üçün əsasən məktəblərdə 800 yardım mərkəzi təşkil edilib.
Malvane və Kolombo yaxınlığındakı aşağı ərazilərdə daşqın nəticəsində evlərin əksəriyyəti su altında və elektrik enerjisiz qalıb.
Sinoptiklər həftəsonu yağışların davam edəcəyini proqnozlaşdırır ki, bu da artıq daşqından zərər çəkmiş bölgələrin yenidən su altında qalacağı ilə bağlı narahatlıq doğurur.
#Şri-Lanka teqi istifadə olunub
- SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji əməkdaşlığı müzakirə olunub - Baku TV
- İlham Əliyev Şri-Lankanın xarici işlər nazirini qəbul edib - Baku TV
- Kolombo sahilində çərpələng festivalı keçirilib
- Kolomboda bayram zamanı izdiham yaşandı
- Rusiyada yaşayan soydaşlarımızla bağlı narahatlıq yaradan məsələ - Baku TV
