Pleyeri seçin:

Su növbəsində öldürüldülər | Qəzzada vəziyyət niyə daha da pisləşir?

03 sentyabr 2025 477 baxış

Qəzza zolağında vəziyyət getdikcə pisləşir.

Humanitar böhranın fonunda, Qəzzanın Səhiyyə Nazirliyi son 24 saat ərzində aclıq və qida çatışmazlığı səbəbindən üçü azyaşlı olmaqla, 13 ölümün qeydə alındığını açıqlayıb.

Beləliklə, aclıqdan ölənlərin ümumi sayı 361 nəfərə çatıb. Onlardan 130 nəfəri azyaşlıdır.

İsrailin Qəzzada həyata keçirdiyi hücumlarda isə azı 73 nəfər fələstinli həyatını itirib. Əlavə olaraq, Qəzzanın cənubundakı əl-Məvasi bölgəsi də atəşə tutulub. Orada 7 nəfər, o cümlədən su üçün növbəyə duran 5 azyaşlı həlak olub.

Bütün bunların fonunda, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari İsrailin HƏMAS-ın Qəzza ilə bağlı son atəşkəs təklifinə hələ cavab vermədiyini açıqlayıb. Qətər rəsmisi Netanyahu hökumətini müharibəni dayandırmaq üçün danışıqlara getməyə çağırıb.

"İsrailin hələlik heç bir cavabı yoxdur" deyən Ənsari vasitəçilər və ABŞ ilə davamlı təmasların olduğunu, lakin bu günə qədər ciddi bir irəliləyişin qeydə alınmadığını söyləyib.

Son olaraq, o, İsrailin Qəzzanı işğal etmək planının regionda olan israilli əsirlər də daxil olmaqla, hər kəs üçün təhlükə yaratdığını vurğulayıb.

Onun sözlərinə görə, Təl-Əviv istəmədiyi halda sülh prosesini gözləməyin mənası yoxdur.

Banner
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 477 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 477 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 477 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 477 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 477 baxış
Türkiyə Rusiya və Ukrayna taxılının ixracını bərpa etməyə çalışır - Baku TV

Türkiyə Rusiya və Ukrayna taxılının ixracını bərpa etməyə çalışır - Baku TV

Dünya
01 noyabr 2026 477 baxış
Rusiya qoşunlarını Dneprin sol sahilinə toplayır?

Rusiya qoşunlarını Dneprin sol sahilinə toplayır?

Dünya
01 noyabr 2026 477 baxış
Trampdan İrana yeni zərbə mesajı

Trampdan İrana yeni zərbə mesajı

Dünya
01 noyabr 2026 477 baxış
Polşada daxili gərginlik

Polşada daxili gərginlik

Dünya
01 noyabr 2026 477 baxış
Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib

Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib

Dünya
01 noyabr 2026 477 baxış
Seçilmişlər
icon