Pleyeri seçin:

Tapıntının yenidən araşdırılması istənildi | Hansı problemlər aşkarlandı?

16 yanvar 2025 482 baxış

2021-ci ildə ilk dəfə təsvir edilən və "Xenodens calminechari" adlanan qeyri-adi növ yeni araşdırmalara görə, saxtalaşdırılmış fosillər əsasında təsvir edilmiş ola bilər.

Alimlər qədim dəniz canlısının çənə sümüklərinin və dişlərinin həqiqiliyini müəyyən etmək üçün yeni tədqiqatların aparılmasını tövsiyə edirlər.

Məsələ ondadır ki, fosildəki iki diş eyni çənə boşluğunda yerləşir. Bu vəziyyət məlum olan bütün digər mozazavr növləri üçün qeyri-adidir, çünki hər bir dişin öz çənə boşluğu olmalıdır.

Bundan başqa, dişlərin üzərindəki "mərkəzi örtük" adlı çıxıntı normal mozazavr dişlərinin inkişafında mövcud olmamalıdır. Bu cür çıxıntının mövcudluğu saxtakarlığın göstəricisi kimi dəyərləndirilir.

Tapıntının problemli olmasının başqa bir səbəbi də onun aşkarlandığı fosfat mədənidir. Mərakeşin Xuribqa bölgəsi saxta xüsusiyyətlərə malik fosillərlə tanınır. Fosillərin həqiqiliyini yoxlamaq üçün kompüter tomoqrafiyasının aparması istənilsə də, araşdırmanın ilk müəllifləri buna şərait yaratmayıblar.

Qeyd edək ki, "Xenodens calminechari" növü çənə sümüyünün hissəsi və dörd iti diş əsasında təsvir edilmişdi. Bu fosillər 2021-ci ildə Mərakeşin Xuribqa bölgəsindəki fosfat mədənindən tapılmışdı. Həmin dövrün araşdırma qrupu bu dişlərin unikal olduğunu iddia etmiş və dəniz sürünənləri olan mozazavrların müxtəlifliyini əks etdirdiyini vurğulamışdı.

Mozazavrlar Təbaşir dövründə okeanlarda hökmranlıq edən yırtıcı dəniz sürünənləri olub. Onların uzunluğu 3-15 metr arasında dəyişib və müxtəlif qidalanma vərdişlərinə uyğunlaşan fərqli diş strukturlarına malik olublar.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 482 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 482 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 482 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 482 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 482 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 482 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 482 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 482 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 482 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 482 baxış
Seçilmişlər
icon