Dünya
Pleyeri seçin:
Tarixi görüş üçün hazırlıq | İraq, Türkiyə və Suriya XİN-ləri arasında danışıqlar başladı
İraq, Türkiyə və Suriyanın xarici işlər nazirlikləri Bağdadda Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş təşkil etmək məqsədilə uyğun ab-hava yaratmaq üçün danışıqlar aparır.
Bu barədə “Al Akhbar” məlumat yayıb.
Bildirilib ki, təşkilati məsələlər uzun çəkə bilər və danışıqlar üçün təxmini tarix söyləmək mümkün deyil. Lakin bu o demək deyil ki, iki ölkənin liderlərinin görüşü ilə bağlı hər hansı bir maneə var.
Vurğulanıb ki, Türkiyə və Suriya liderləri arasında keçiriləcək görüşdən əvvəl gündəm və ən mübahisəli məsələlərin razılaşdırılması üçün üç ölkənin nümayəndələri arasında hazırlıq görüşü keçirilə bilər.
Kopyalandı
Seçilmişlər