Pleyeri seçin:

Tarixin ən böyük epidemiyası ola bilər

27 avqust 2026 131 baxış

Konqoda müşahidə olunan ebola tarixdə ən böyük epidemiya ola bilər.

Bu barədə "The Washington Post" məlumat yayıb.

Mayın 15-dən etibarən 5,6 min nəfər virusa yoluxub, onlardan 2,7 min nəfəri ölüb.

Nəşr qeyd edib ki, hazırkı alovlanma 2,2 min nəfərin öldüyü 2018–2022-ci illər epidemiyasını artıq geridə qoyub.

Bundan əlavə, xəstəlik artıq 2014-cü ildə Qərbi Afrikadakından daha sürətlə yayılır – o zaman epidemiya 11 mindən çox insanın həyatına son qoymuşdu.

Epidemiya mərkəzləri olan İturi və Şimali Kivu əyalətlərində işləyən həkimlərin sözlərinə görə, virus çox sürətlə yayıldığı üçün rəsmi məlumatlar epidemiyanın real miqyasının yalnız bir hissəsini əks etdirir.

Qəzet vurğulayıb ki, bir çox insan eboladan şübhələndikdə həkimlərə müraciət etməməyə üstünlük verir. Bu səbəbdən qurbanların real sayı rəsmi statistikadan çox ola bilər.

Hakimiyyət rəsmi olaraq epidemiyanı may ayında elan edib. Alovlanmaya "Bundibugyo" virusu səbəb olub ki, ona qarşı peyvənd və ya təsdiqlənmiş müalicə yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, xəstəliyin yayılması hələ fevral ayında başlamış ola bilər.

Yük təyyarəsi uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb

Yük təyyarəsi uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb

Dünya
07 sentyabr 2026 131 baxış
Tarixi nəqliyyat vasitələri Moskva küçələrində nümayiş etdirilib

Tarixi nəqliyyat vasitələri Moskva küçələrində nümayiş etdirilib

Dünya
07 sentyabr 2026 131 baxış
Miqrantları daşıyan gəmi təhlükəsizlik qüvvələrinin hədəfinə çevrilib

Miqrantları daşıyan gəmi təhlükəsizlik qüvvələrinin hədəfinə çevrilib

Dünya
07 sentyabr 2026 131 baxış
İsrail Livanın cənubuna növbəti dəfə aviazərbələr endirib

İsrail Livanın cənubuna növbəti dəfə aviazərbələr endirib

Dünya
07 sentyabr 2026 131 baxış
Hörmüz boğazında gəmi hərəkəti təhlükə altındadır

Hörmüz boğazında gəmi hərəkəti təhlükə altındadır

Dünya
07 sentyabr 2026 131 baxış
İran Hörmüzdəki mövcud vəziyyətə görə ABŞ-ni günahlandırıb

İran Hörmüzdəki mövcud vəziyyətə görə ABŞ-ni günahlandırıb

Dünya
07 sentyabr 2026 131 baxış
Plazma buludlarının Yerə çatması hansı təhlükələr yarada bilər?

Plazma buludlarının Yerə çatması hansı təhlükələr yarada bilər?

Dünya
07 sentyabr 2026 131 baxış
Sürətli arıqlama vəd edən çaylar nə qədər effektlidir?

Sürətli arıqlama vəd edən çaylar nə qədər effektlidir?

Dünya
07 sentyabr 2026 131 baxış
Qarşıdurmadan sonra 24 nəfər polis tərəfindən saxlanılıb

Qarşıdurmadan sonra 24 nəfər polis tərəfindən saxlanılıb

Dünya
07 sentyabr 2026 131 baxış
Zelenski ilə ABŞ nümayəndələrinin 4 saatlıq görüşündə nələr baş verdi? - Baku TV CANLI

Zelenski ilə ABŞ nümayəndələrinin 4 saatlıq görüşündə nələr baş verdi? - Baku TV CANLI

Dünya
07 sentyabr 2026 131 baxış
Seçilmişlər
icon