Təbii fəlakət bu şəhərləri dağıtdı, faciə yaşandı | Dəhşətli görüntülər
ABŞ-də aramsız yağan yağışların yaratdığı daşqınlar müxtəlif şəhərlərdə həyatı iflic edib. Şiddətli hava şəraiti Vaşinqton və Merilenddə də müşahidə olunur. Corciya prospektində sözün əsl mənasında üzən avtomobillər və dağıntıların əks olunduğu videolar yayılıb.
“Vipha” qasırğası isə Çinin Honkonq şəhərində 26 nəfərin xəsarət almasına və bir sıra dağıntılara səbəb olub. Şəhərdə 471 ağac aşıb. Qasırğa zamanı küləyin sürəti saatda 167 kilometrə çatıb. Əlverişsiz hava şəraiti nəqliyyatın işinə də təsir edib. 80 min sərnişin bundan əziyyət çəkib.
Digər bir Uzaq Şərq ölkəsi olan Cənubi Koreyada da vəziyyət oxşardır. Qapyeonq qraflığında yağan leysan yağışdan sonra evlər palçığa bürünüb və ağaclar aşıb. Şimal Yanğından Mühafizə Xidmətinin məlumatına görə, Qapyeonqda 2 nəfər ölüb, 4 nəfər hələ də itkindir. Hava şəraiti səbəbindən 4000-dən çox dövlət və şəxsi əmlaka ziyan dəydiyi bildirilir.
Filippində isə “Vifa” tayfunu tüğyan edir. 5 nəfər ölüb, 800 min insan ziyan görüb. 100 yol və körpülər suyun altında qalıb. 115 şəhərdə elektrik enerjisinin verilişində problemlər yaranıb, 1200 ev zədələnib. Marikina çayının yaxınlığında yaşayan insanlar təxliyə ediliblər.
#ABŞ teqi istifadə olunub
- Maskatda ABŞ və İran arasındakı danışıqlar necə yekunlaşacaq? - Baku TV
- “Al-Monitor”: İsraildə İranla bağlı fikir ayrılığı yaranıb
- "Xameneidən sonrakı dövr üçün hazırlıq gedir" | Gizli planlar sızdırıldı? - Baku TV
- "Bu olsa..." | SEPAH komandanının müavini ABŞ-ni hədələdi - Baku TV CANLI
- ABŞ geri çəkilməli oldu? - İranla danışıqlar barədə nələr gizlədilir? - Baku TV
