Pleyeri seçin:
Təcili hərəkətə keçməliyik! | Böyük Britaniyanın Baş naziri nələri açıqlayacaq?
Böyük Britaniyanın Baş naziri Keyr Starmer avqustun 27-də ölkədəki cari vəziyyətlə bağlı geniş məzmunlu çıxış edəcək.
Çıxışdan əvvəl Baş nazirin nitqinin əsas məqamları media nümayəndələri ilə paylaşılıb.
K.Starmer çıxışında Böyük Britaniyada həyat şəraitinin daha da pisləşəcəyini vurğulayacaq.
Baş nazir Mühafizəkarlar Partiyasından ölkəyə iqtisadi və cəmiyyətlə bağlı ciddi problemlərin miras qaldığını bildirəcək. O, bu çətinlikləri aradan qaldırmaq üçün təcili tədbirlər görmək və ənənəvi yanaşmalardan kənara çıxmağın zəruri olduğunu deyəcək.
Həmçinin K.Starmer dövlət büdcəsində 22 milyard funt-sterlinq həcmində kəsir olduğunu vurğulayacaq. Baş nazir çıxışında həbsxanalarda yer çatışmazlığı probleminə də toxunacaq.
Kopyalandı
#Böyük Britaniya teqi istifadə olunub
- Gəmilərin Hörmüz boğazına yaxınlaşması atəşkəsin pozulması kimi qəbul ediləcək - Baku TV
- Londonda Fələstini dəstəkləyən nümayişdə saxlanılanların sayı 200-ü keçib
- “Böyük Britaniya güc yolu ilə cavab verəcək” | Kir Starmer
- Lotereyanın uduş məbləği xeyriyyə məqsədlərinə yönəldiləcək
- Kir Starmer ölkəsinə görə narahatdır
