Pleyeri seçin:

Dublin sammitində Kiyevin maliyyə ehtiyacları və hərbi imkanları əsas müzakirə mövzularından olub

12 noyabr 2026 113 baxış

“Avropa Siyasi Birliyi”nin Dublin sammitində diqqət mərkəzində olan əsas məsələlərdən biri Ukraynada müharibənin dayandırılması və ölkənin gələcək təhlükəsizliyinin təmin edilməsidir. Avropa liderlərinin çıxışlarından da aydın olub ki, Kiyevə siyasi, maliyyə və hərbi dəstəyin davam etdirilməsi Avropanın prioritetləri sırasındadır.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bildirib ki, Komissiya 2027-ci ildə Ukraynanın maliyyə ehtiyaclarının qarşılanması ilə bağlı təklif hazırlayır. Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının növbəti iclasına qədər həm Ukraynanın maliyyələşdirilməsi, həm də Rusiyaya qarşı 22-ci sanksiyalar paketi təqdim olunacaq.

Avropa İttifaqı Şurasının sədri Antonio Koşta isə vurğulayıb ki, Avropanın təhlükəsizliyi Ukraynanın təhlükəsizliyindən ayrı təsəvvür edilə bilməz. O, ədalətli və davamlı sülhün əldə olunması üçün Ukraynanın öz tərəfdaşlarını və gələcəyini müstəqil seçmək hüququnun qorunmasının vacibliyini qeyd edib. Koştanın sözlərinə görə, atəşkəsə nail olmaq və Qara dənizdə konkret irəliləyiş əldə etmək Avropanın əsas prioritetlərindəndir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə həm hərbi, həm də texnoloji dəstəklə bağlı narahatlıqlarını dilə gətirib. O, Ukrayna ərazisinin işğalının heç bir formada tanınmalı olmadığını xüsusi vurğulayıb. Ukrayna lideri tərəfdaşlarına Hava Hücumundan Müdafiə sistemləri üçün raketlərin, “F-16” qırıcıları üçün sursatların və energetika sektoruna qış boyunca zəruri dəstəyin təmin edilməsi istiqamətində müraciət edib.

Beləliklə, Dublin sammitində verilən mesajlar göstərir ki, Ukrayna məsələsi yalnız müharibənin dayandırılması ilə məhdudlaşmır. Söhbət həm də Avropanın gələcək təhlükəsizlik arxitekturasından, regional sabitlikdən və Rusiyaya qarşı vahid mövqeyin qorunmasından gedir.

Banner
Uşaqlar da hücumun qurbanı oldu | Ukraynanın şəhərlərinə güclü zərbələr - Baku TV CANLI

Uşaqlar da hücumun qurbanı oldu | Ukraynanın şəhərlərinə güclü zərbələr - Baku TV CANLI

Dünya
13 noyabr 2026 113 baxış
İsrail Fransanın prezidentliyə namizədi Jan-Lük Melanşonu “persona non qrata” elan edib

İsrail Fransanın prezidentliyə namizədi Jan-Lük Melanşonu “persona non qrata” elan edib

Dünya
13 noyabr 2026 113 baxış
Milyonlarla illik tarixə malik qitə Yer kürəsinin sualtı möcüzəsi adlandırılır

Milyonlarla illik tarixə malik qitə Yer kürəsinin sualtı möcüzəsi adlandırılır

Dünya
13 noyabr 2026 113 baxış
Alimlər yadplanetlilərin bizi necə anlaya biləcəyi ilə bağlı təklif irəli sürüb

Alimlər yadplanetlilərin bizi necə anlaya biləcəyi ilə bağlı təklif irəli sürüb

Dünya
13 noyabr 2026 113 baxış
Bəşəriyyət yeni demoqrafik böhranla üz-üzədir

Bəşəriyyət yeni demoqrafik böhranla üz-üzədir

Dünya
13 noyabr 2026 113 baxış
Okeanın dərinliklərində gizlənən sirr

Okeanın dərinliklərində gizlənən sirr

Dünya
13 noyabr 2026 113 baxış
İran bu ölkələri sərt şəkildə hədələdi | Dünya yenidən silkələnəcək? - Baku TV CANLI

İran bu ölkələri sərt şəkildə hədələdi | Dünya yenidən silkələnəcək? - Baku TV CANLI

Dünya
13 noyabr 2026 113 baxış
Avropa Siyasi Birliyinin sammitində Ukraynaya dəstək təsdiqlənib

Avropa Siyasi Birliyinin sammitində Ukraynaya dəstək təsdiqlənib

Dünya
13 noyabr 2026 113 baxış
Pezeşkian Braziliya Prezidenti ilə görüşüb

Pezeşkian Braziliya Prezidenti ilə görüşüb

Dünya
13 noyabr 2026 113 baxış
Ukrayna tərəfi ilk belə hücumu həyata keçirdiyini bildirir

Ukrayna tərəfi ilk belə hücumu həyata keçirdiyini bildirir

Dünya
13 noyabr 2026 113 baxış
Seçilmişlər
icon