Avropa Siyasi Birliyinin sammitində Ukraynaya dəstək təsdiqlənib
Yeniliklərdən dərhal xəbərdar olun
"Avropa Siyasi Birliyinin IX Sammitinin iştirakçıları Ukraynaya dəyişməz dəstəyi təsdiqləyib, hibrid təhdidlərə qarşı mübarizədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar".
Bunu İrlandiyanın Baş naziri Mixol Martin Dublində keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz Ukraynaya dəyişməz dəstəyimizi və onunla həmrəyliyimizi təsdiqlədik", – deyən Baş nazir Ukraynanın mülki əhalisinə və kritik infrastrukturuna qarşı Rusiyanın artan hücumlarını pisləyib.
İrlandiya Baş naziri bildirib ki, müzakirələrin digər əsas nəticələrindən biri də demokratik proseslərə qarşı yönələnlər də daxil olmaqla, hibrid təhdidlərin qarşısının alınmasında daha sıx əməkdaşlığa çağırış olub.
Baş nazir həmçinin texnoloji inkişaf hesabına Avropanın innovasiya potensialının və rəqabət qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
#Avropa Siyasi Birliyi teqi istifadə olunub
- Hibrid təhdidlərə qarşı çağırış: Dublində Avropa liderləri Ukrayna barədə nə dedi? - Baku TV CANLI
- İlham Əliyev Dublində Avropa ilə əməkdaşlığın perspektivlərini müzakirə edir - Baku TV
- Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
- Dublin sammitində Kiyevin maliyyə ehtiyacları və hərbi imkanları əsas müzakirə mövzularından olub
- Dünya liderləri İrlandiyada bir araya gəldilər
