Təcili: Putin otağında ürəyi dayanmış halda tapıldı
Oktyabrın 22-də Rusiya Prezidenti Vladimir Putinin iqamətgahlarından birində vəziyyəti pisləşib. O, yataq otağında yıxılıb.
Bu barədə “General SVR” “Telegram” kanalı məlumat yayıb. Məlumata görə, mühafizəçiləri Putini döşəmədə yıxılmış vəziyyətdə tapıblar və dərhal həkim çağırılıb.
“Dünən Moskva vaxtı ilə saat 21:05 radələrində Təhlükəsizlik Xidmətinin əməkdaşları Prezidentin yataq otağından səs eşidiblər. Təhlükəsizlik Xidmətinin iki əməkdaşı dərhal Prezidentin yataq otağına daxil olub və Putini çarpayının yanında yerdə uzanmış vəziyyətdə, yemək və içkilər olan masanı isə aşmış görüblər. Yəqin ki, yıxılan zaman Prezident masaya, qab-qacaqlara toxunub”, – kanal bildirib.
Qeyd edilib ki, iqamətgahda olan növbətçi həkimlər hadisə yerinə gəliblər: “Həkimlər Prezidentin ürəyinin dayandığını müəyyən edərək onu reanimasiya ediblər. Vaxtında yardım edilib, ürəyi işə salınıb və Putin özünə gəlib”.