Tehran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib | ABŞ sanksiyaları genişləndirib - Baku TV
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi ABŞ bazalarının yerləşdiyi Fras körfəzi ölkələrinə xəbərdarlıq edib.
O, həmin ölkələrin ərazisindən İrana hücum ediləcəyi halda buna qarşılıq veriləcəyini bildirib.
"Əgər bundan sonra düşmən həddini aşarsa, bu dəfə hara desəniz, hədəfimiz ora olacaq", – deyə Musəvi bildirib.
"İranın cənubundakı qonşu ölkələrin sakinləri bilməlidirlər ki, əgər onların ərazisi və resursları düşmənlər tərəfindən İran xalqına hücum etmək üçün istifadə olunarsa, Yaxın Şərq regionunda neft hasilatı ilə vidalaşmalı olacaqlar", – deyə o vurğulayıb.
Bu arada, ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahılarını genişləndirib. Bu barədə Nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi açıqlama verib. Sanksiya siyahılarına səkkiz İran vətəndaşı, eləcə də İran, BƏƏ və Türkiyədən dörd şirkət daxil edilib. İranın Mahan Air aviaşirkətinə məxsus iki təyyarə də siyahıya əlavə edilib.
#SEPAH teqi istifadə olunub
- Putinlə görüş zamanı "şparqalka" qalmaqalı | Tramp İranı nədə ittiham edir? - YENİ BİR SƏHƏR
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- SEPAH xəbərdarlıq etdi: Hörmüzdə kabellər kəsilərsə, nə baş verəcək? - Baku TV CANLI
- Fars körfəzində gözlənilməz mənzərə | ABŞ ordusu geri çəkilməyə məcbur oldu? - Baku TV
- "İran hər baxımdan uduzur, amma...” | İran və ABŞ arasında razılaşma mümkün görünmür? - Baku TV
