Tehran Ukraynanın üç regionuna zərbə endirməyə hazır olub?
ABŞ Ordusu İrana qarşı quru əməliyyatı həyata keçirmək üçün Hörmüzqan vilayətinə aparan körpüləri dağıdıb.
Bu barədə İranın Ali Rəhbərinin hərbi müşaviri Möhsün Rezai yerli mediaya müsahibəsində deyib.
"Amerika ordusu komandanlarının düşünülməmiş planı quru və hava hücumunun dayandırılmasına səbəb olub", – deyə o bildirib.
Rezainin sözlərinə görə, İranın zərbələrindən sonra ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının Yaxın Şərqdəki rəhbərliyi əvvəlcə Qətərdən İordaniyaya köçürülüb, sonra isə İsrailə yerləşdirilib.
"Zərbələrimiz nəticəsində ABŞ-nin Küveytdəki mövqeləri dağıdılıb, bir çox Amerika hərbçisi isə İraqın Ərbil şəhərindən təxliyə olunub", – deyə o vurğulayıb.
İranın Ali Rəhbərinin hərbi müşaviri Ukraynanın Xəzər dənizindəki gəmiyə hücumuna cavabın da hazırlandığını açıqlayıb:
"Biz Ukraynanın üç regionuna zərbə endirməyə hazır idik, lakin onlar hücumun səhvən həyata keçirildiyini bildirdikdən sonra bu iddiaları yoxlamaq üçün cavabımızı dayandırdıq. İstənilən halda, onlar öz zərbələrinə görə məsuliyyət daşımalıdırlar".
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI
- Vaşinqton və Tehran mərhələli razılaşma variantını nəzərdən keçirir
- 6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR
- Vaşinqton və Tehran arasında yeni görüş yaxın zamanda keçirilə bilər
- İran şərtlərini masaya qoydu: ABŞ güzəştə gedəcək? - AKTUAL GÜNDƏM
