Pleyeri seçin:
Tehran və Maskat gəmiçilik qaydalarını razılaşdırıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tehran və Maskat Hörmüz boğazında gəmiçilik dəhlizi və hərəkətin bölüşdürülməsi sistemi ilə bağlı qarşılıqlı anlaşma əldə edib.
Bu barədə İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“Biz Omanla Hörmüz boğazında gəmiçilik dəhlizi və hərəkətin bölüşdürülməsi sistemi ilə bağlı qarşılıqlı anlaşma əldə etmişik”, – deyə o bildirib.
Qalibaf həmçinin qeyd edib ki, Hörmüz boğazının statusu müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq.
Onun sözlərinə görə, bu müddəa əldə olunmuş qarşılıqlı anlaşmanın bir hissəsidir və Tehranın münaqişənin tənzimlənməsi üçün irəli sürdüyü yeddi şərtdən biridir.
Kopyalandı
#Hörmüz boğazı teqi istifadə olunub
- Yaxın Şərqdə qarşıdurma yeni və təhlükəli mərhələyə qədəm qoyur - Baku TV CANLI
- SEPAH qaydaları pozan gəmilərə sərt xəbərdarlıq edib
- İran tankerlərə xəbərdarlıq etdi: Növbəti hədəf kim olacaq? - ƏSAS XƏBƏR
- Hörmüzdə Omanın naviqasiya sistemlərinə hücum edilib
- SEPAH Hörmüzdə baş verən partlayışa görə ABŞ-ni günahlandırıb
