Pleyeri seçin:

Tehran və Vaşinqton arasında gərginlik | Xamenei ABŞ-ni nədə ittiham etdi? - Baku TV

19 iyul 2026 67 baxış

ABŞ hökumətinin İranla imzalanan razılaşmaları pozması gələcəkdə mümkün ikitərəfli anlaşma memorandumlarına etimadı azaldır.

Bunu İranın Ali Rəhbəri Müctəba Xamenei xalqa müraciətində qeyd edib.

“Hədə-qorxu Amerika doktrinasının və fəaliyyət tərzinin ayrılmaz tərkib hissəsidir”, – deyə o, “X” sosial media hesabındakı paylaşımında bildirib.

Onun fikrincə, ABŞ müharibəni qızışdırmağa çalışır. Xamenei müraciətində İranın maraqlarının qorunmasını təmin etmək üçün bundan sonra da fəaliyyət göstərəcəyinə söz verib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə bildirib ki, İranın ABŞ-nin təcavüzünə qarşı mübarizə aparmaqdan başqa çarəsi yoxdur.

Onun sözlərinə görə, İranın sazişlərə əməl etməsi şərtidir və ABŞ-nin öhdəliklərinə əməl etməsindən asılıdır.

“ABŞ tərəfindən öhdəliklərin pozulmasının davam etməsi İranın öhdəliklərini yerinə yetirməsini qeyri-mümkün edir”, – deyə Bəqai söyləyib.

O, ABŞ-nin Hörmüz boğazına nəzarət etməyə çalışdığını bəyan edib və İslamabad Anlaşma Memorandumunu xatırladıb.

“Qarşılıqlı Anlaşma Memorandumunun beşinci maddəsi Hörmüz boğazının Oman və region ölkələri ilə məsləhətləşmələr yolu ilə idarə olunmasının zəruriliyini açıq şəkildə vurğulayır. Lakin ABŞ razılaşmaya məhəl qoymayaraq bu strateji əhəmiyyətli su yolunu nəzarətə götürmək niyyətindədir”, – deyə Nazirlik rəsmisi əlavə edib.

Kopyalandı
ABŞ Prezidenti "Hizbullah"ın rəhbərliyi ilə birbaşa dialoqa razıdır?

ABŞ Prezidenti "Hizbullah"ın rəhbərliyi ilə birbaşa dialoqa razıdır?

Dünya
21 iyul 2026 67 baxış
Qırıcı və zenit sistemi sıradan çıxarıldı

Qırıcı və zenit sistemi sıradan çıxarıldı

Dünya
21 iyul 2026 67 baxış
Yaxın Şərqdə həm siyasi, həm də hərbi ritorika sərtləşir | ABŞ-nin maliyyəsi bitir? - Baku TV CANLI

Yaxın Şərqdə həm siyasi, həm də hərbi ritorika sərtləşir | ABŞ-nin maliyyəsi bitir? - Baku TV CANLI

Dünya
21 iyul 2026 67 baxış
"The Washington Post"dan iddialı açıqlama

"The Washington Post"dan iddialı açıqlama

Dünya
21 iyul 2026 67 baxış
Kreml “Wildberries” və gəmi insidentinə münasibət bildirib

Kreml “Wildberries” və gəmi insidentinə münasibət bildirib

Dünya
21 iyul 2026 67 baxış
Kremldən gəmi insidentinə münasibət | Rusiya nə edəcək? - ANA XƏBƏR

Kremldən gəmi insidentinə münasibət | Rusiya nə edəcək? - ANA XƏBƏR

Dünya
21 iyul 2026 67 baxış
Futbol meydanı necə siyasi səhnəyə çevrildi? | DÇ-2026-dan sonra bitməyən qalmaqallar - Baku TV

Futbol meydanı necə siyasi səhnəyə çevrildi? | DÇ-2026-dan sonra bitməyən qalmaqallar - Baku TV

Dünya
21 iyul 2026 67 baxış
Milyardlıq aviasiya qalmaqalını Priqojin ilə nə bağlayır? | Rusiya DİN və FTX hərəkətə keçdi

Milyardlıq aviasiya qalmaqalını Priqojin ilə nə bağlayır? | Rusiya DİN və FTX hərəkətə keçdi

Dünya
21 iyul 2026 67 baxış
Ermənistanda Paşinyan hökumətinə qarşı genişmiqyaslı aksiya başladı - Baku TV CANLI

Ermənistanda Paşinyan hökumətinə qarşı genişmiqyaslı aksiya başladı - Baku TV CANLI

Dünya
21 iyul 2026 67 baxış
İsrailin səssiz strategiyası: Təl-Əviv müharibəyə niyə qoşulmur? - AKTUAL GÜNDƏM

İsrailin səssiz strategiyası: Təl-Əviv müharibəyə niyə qoşulmur? - AKTUAL GÜNDƏM

Dünya
21 iyul 2026 67 baxış
Seçilmişlər
icon