Tramp ABŞ-nin İrandan sonrakı düşmənini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İrandan sonra ABŞ-nin əsas düşmənini açıqlayıb.
O, ölkənin əsas düşməninin Demokratlar Partiyası olduğunu bildirib.
Ağ Ev rəhbəri bu barədə "Truth Social" platformasında yazıb.
"İranın məhvindən sonra ABŞ-nin ən böyük düşməni radikal solçu, son dərəcə səriştəsiz Demokratlar Partiyasıdır", – deyə Tramp paylaşımında qeyd edib.
Bundan əvvəl Nümayəndələr Palatasında demokrat deputat Hakim Ceffris Donald Trampı və respublikaçıları ekstremist adlandıraraq onları Yaxın Şərqdə "öz istəkləri ilə düşünülməmiş müharibə" başlatmaqda ittiham etmişdi.
"Donald Tramp və Respublikaçı ekstremistlər Yaxın Şərqdə ehtiyatsız müharibəyə başlayıblar. Benzin qiymətləri artır, milyardlarla dollar israf olunur və ölkəmiz getdikcə daha təhlükəli hala gəlir. Amerikada hakimiyyətin dəyişikliyinə ehtiyacımız var", – deyə Ceffris "X" sosial media hesabında yazıb.
#Donald Tramp teqi istifadə olunub
- Tramp Avropanın gələcəyini sual altına alıb
- Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır
- Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır
- Bir saat ərzində həyata keçirilə bilər | Trampdan açıq mesaj
- Tramp Ağ Ev tribunasından demokratlara önəmli mesajlar verdi - Baku TV
