Pleyeri seçin:

Tramp elə bir şəxsi vəzifəyə gətirir ki... | ABŞ-də nələr baş verəcək?

14 noyabr 2024 269 baxış

ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp Baş prokurorun müavini vəzifəsinə vəkili Todd Blanşın namizədliyini irəli sürə bilər.

Bu barədə CNN məlumat yayıb.

Bildirək ki, hazırda Baş prokurorun müavini vəzifəsini Liza Monako tutur. Bu, ABŞ Ədliyyə Nazirliyində ikinci ən mühüm mövqedir.

Tramp həmçinin Florida ştatından senator Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyi barədə qərarını açıqlayıb.

“Marko xalqımızın güclü müdafiəçisi, müttəfiqlərimizə sadiq dost və rəqiblərimizə heç vaxt boyun əyməyən qorxmaz döyüşçü olacaq”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Rubio Trampın Ukrayna ilə bağlı ümumi mövqeyini dəstəkləyir. O, 2024-cü ilin aprelində Ukraynaya qəbul edilən 61 milyard dollarlıq hərbi yardım paketinin əleyhinə Senatda səs verən 15 respublikaçı arasında olub.

ABŞ-nin yeni seçilən prezidenti ədliyyə naziri və Baş prokuror vəzifələrinə isə konqresmen Mett Getsin namizədliyini irəli sürüb. Bundan əvvəl məlum olub ki, Tramp Pentaqonun rəhbəri postuna amerikalı teleaparıcı və keçmiş hərbçi Pit Heqseti təklif edib.

Nümayəndələr Palatasının keçmiş üzvü Tulsi Qabbardın namizədliyi isə ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə irəli sürülüb. Qabbard ABŞ-nin Ukrayna və Rusiyaya qarşı xarici siyasətini tənqid etməsi ilə tanınır.

Vurğulayaq ki, ABŞ Senatı Donald Trampın irəli sürdüyü namizədləri ən qısa zamanda təsdiq etməyi planlaşdırır.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 269 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 269 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 269 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 269 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 269 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 269 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 269 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 269 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 269 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 269 baxış
Seçilmişlər
icon