Tramp “Fox News”un efirindən İrana xəbərdarlıq etdi
Hərbi variant masadadır.
Tramp bu barədə “Fox News” telekanalında yayımlanan “My View with Lara Trump” proqramına müsahibəsində danışıb.
ABŞ Prezidenti İranla aparılan danışıqların uğursuz olacağı təqdirdə Vaşinqtonun hərbi addım ata biləcəyini istisna etməyib.
O qeyd edib ki, ABŞ İranla danışıqlarda üstün mövqeyə malikdir və Vaşinqton üçün sərfəli razılaşma əldə olunmazsa, o zaman hərbi variant qaçılmaz olacaq.
“Onlar yaxşı və hiyləgər danışıqlar aparırlar. Amma sonda bütün üstünlük bizdədir, çünki onları hərbi baxımdan məğlub etmişik”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti həmçinin əvvəlki hərbi əməliyyatlara toxunaraq “B-2” bombardmançı təyyarələrinin istifadəsinin İranın nüvə proqramını zəiflətdiyini iddia edib.
“Əgər onları vurmasaydıq, indi nüvə silahına sahib olardılar”, – deyə Ağ Ev lideri sözlərinə əlavə edib.
#ABŞ-İran münaqişəsi teqi istifadə olunub
- İran və ABŞ arasında yekun razılıq əldə olunmayıb: Bəqai - Baku TV
- Tehran qarşısında ağır seçim: Nüvə proqramı, yoxsa hərbi toqquşma? - Baku TV
- Tramp İran üzrə tələblərini elan etdi | Son qərar gözlənilir - Baku TV
- Trampdan İrana hərbi əməliyyatlarla bağlı xəbərdarlıq - Baku TV CANLI
- İran və ABŞ arasında saziş layihəsi razılaşdırılmayıb?
