Tramp gizli silahından danışdı: Adını mən qoymuşam, rus raketləri heç nə edə bilmədi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələnən əməliyyatın gizli detallarını açıqlayıb.
Bu barədə Donald Tramp NBC kanalına müsahibəsində bildirib.
O, əməliyyat zamanı istifadə olunan və düşməni tamamilə iflic edən gizli silahın adını özünün qoyduğunu bəyan edib.
Donald Tramp "Dezorientator" adlandırdığı texnologiyanın Venesuela Ordusunun bütün texnikasını sıradan çıxardığını bildirib.
Prezidentin sözlərinə görə, bu silah düşmənin bütün elektron avadanlıqlarını qəfildən işləməz hala gətirir.
"Onların əlində Rusiya və Çin istehsalı olan ən müasir raketlər var idi. Amma biz əraziyə daxil olanda heç bir raket havaya qalxa bilmədi. Onlar düymələri bassalar da, heç nə işləmədi. Texnika sanki ölmüşdü", – o qeyd edib.
#ABŞ teqi istifadə olunub
- Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır
- Trampdan İrana yeni zərbə mesajı
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
