Tramp İranın dondurulmuş aktivlərinin nəyə sərf ediləcəyini açıqladı
ABŞ Prezidenti Donald Tramp İranın dondurulmuş aktivlərinin bir hissəsinin Amerika fermerlərindən buğda, soya və qarğıdalı alınmasına sərf ediləcəyini açıqlayıb.
Ağ Evdə keçirilən tədbirdə çıxış edən Tramp bildirib ki, ABŞ dünya bazarlarında yerli fermerlər üçün yeni imkanlar yaradır və yaxın vaxtlarda İran da bu bazarlardan birinə çevriləcək.
"Dünyanın hər yerində fermerlərimiz üçün bazarlar açırıq. Yaxın vaxtlarda daha bir yeni bazar açılacaq, onun adı gözəl İran ölkəsidir. Onların vəsaitinin bir hissəsini götürəcəyik və həmin pulla buğda, soya və qarğıdalı alacağıq. Bu proses çox yaxın zamanda başlayacaq", – deyə ABŞ Prezidenti bildirib.
Tramp açıqlamasında bu addımın İranla əldə olunan razılaşmalar çərçivəsində həyata keçiriləcəyini qeyd edib.
#Donald Tramp teqi istifadə olunub
- Tramp Putinlə Stiv Uitkoffun görüşünə münasibət bildirib
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- "Danışıqlar aparmaq güzəşt demək deyil" | Masa arxasında danışıq, səhnə arxasında mübarizə - Baku TV
- Fransa Prezidenti dezinformasiya təhlükəsindən danışdı
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
